Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürücülük vəsiqələrinin verilməsində şəffaflıq nə zaman olacaq?

"Ramiz Zeynalovun Baş Dövlət Yol Polisi İdarəsinin rəisini vəzifəsindən azad edilməsi ilə yol polisi sistemindəki problemlərin aradan qaldırılacağını hesab etmirəm. Əgər kimsə vəzifəyə gələndə şirniklənib korrupsiyaya meyil edəcəksə, deməli, yanaşmanı dəyişmək lazımdır".

Bunu Pravda.az-a açıqlamasında AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

Partiya sədri bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsində kifayət qədər problemlər var: "Ümumiyyətlə, istənilən dövlət qurumunda, istər Səhiyyə Nazirliyi olsun, istərsə də Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, hətta mövcud olması lazım olmayan nazirliklərdə belə rüşvət və korrupsiya hallarına rast gəlinir. Bununla bağlı daimi şəkildə və təcili olaraq mübarizə aparmaq lazımdır. Son zamanlar korrupsiya halları ilə bağlı mübarizə tədbirlərinə başlanılsa da, təəssüflər olsun ki, bu, sonradan əhəmiyyətini itirdi və heç bir aiddiyatı olmayan insanlar korrupsiyaya görə həbs olunmağa başladı. Hazırda daha çox gündəmdə olan sürücülük vəsiqələrinin verilməsi və avtomobillərin texniki baxışdan keçməsi də elə bu tendensiyanın tərkib hissəsidir. Qeyd edim ki, Azərbaycanda texniki baxış anlayışının özü belə anlaşılan deyil. Varlıların avtomobilləri yeni olduğu üçün texnika baxışa ehtiyacı olmur və köhnələr isə, əlbəttə ki, kasıblarındır. Dolayısı ilə belə qənaətə gəlmək olur ki, texniki baxış, ümumiyyətlə, mənasız prosedurdur. Ondansa avtomobillərə tətbiq olunan dövlət rüsumları aşağı salınsın ki, vətəndaşlar eyni qiymətə daha yeni avtomobillər ala bilsinlər".

Qeyd: Vətəndaşlar sürücülük vəsiqələrinin verilməsi və texniki baxış zamanı rüşvət tələb olunduğunu iddia edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar