Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni təxribatları niyə Kəlbəcərə hədəflənib?

Ermənilər Kəlbəcərdə təxribat törətməklə nəyə nail olmağa çalışırlar?..

Politoloq: “Ermənistan Kəlbəcəri itirməklə strateji cəhətdən zəifləmiş olduqlarını bilirlər. Buna görə də onlar çalışırlar əsasən bu istiqamətdə təxribatlar törətsinlər”.

Ermənistanın bu cəhdləri əbəsdir. Azərbaycan bütün hallarda öz sərhədlərini möhkəmləndirəcək. Bu Azərbaycanın suveren hüququdur”.

Bu sözləri politoloq İlqar Vəlizadə Ermənistanın Kəlbəcərdəki növbəti təxribatının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yaydı.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən silahlı qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapıb. Açılmış atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan yoxdur.

Məlumdur ki, növbəti Kəlbəcər sərhəd pozuntusu bu Paşinyanın seçkiöncəsi gözlənilən sərhəd təxribatlarının davamıdır. Amma Laçın-Gorus sərhədində yaranan problemdən sonra Ermənistan təxribatları əsasən Kəlbəcər istiqamətində həyata keçirir. Bəs niyə Kəlbəcər? Ermənilər Kəlbəcərdə təxribat törətməklə nəyə nail olmağa çalışırlar?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Ermənistan görür ki, Azərbaycan sərhədlərində möhkəmlənib və mühəndis-müdafiə infrastrukturları yaradır. Buna görə də onlar prosesə əngəl törətmək istəyir”.

Kəlbəcər rayonunun Azərbaycan hissəsində daha çox sərhədlərin müdafiəsini təmin edəcək mühəndis texniki işlərin görüldüyünü nəzərə çatdıran politoloq PİA.az-a bildirib ki, görülən işlər onları qıcıqlandırır:

Kəlbəcər rayonu çox əhəmiyyətli yerdədir. Kəlbəcər strateji əhəmiyyətə malik olan rayondur. Biz xəritəyə baxanda da görə bilərik ki, Ermənistan-Azərbaycan sərhəddinin bu hissəsi daha çox Ermənistan ərazisinə tərəf yüksələn hissədir.

Artıq 30 ilə yaxın idi ki, Ermənistan bu ərazilərə nəzarət edərək, oranı işğal altında saxlayırdılar. İndi isə Ermənistan Kəlbəcəri itirməklə strateji cəhətdən zəifləmiş olduqlarını bilirlər. Kəlbəcərdəki yüksəkliklərdən Azərbaycan rahatlıqıa Ermənistan ərazilərini nəzarət altında saxlaya bilir. Bu da təbii ki, Ermənistanı narahat edir. Buna görə də onlar çalışırlar əsasən bu istiqamətdə təxribatlar törətsinlər və sərhəddə bizim mühəndis-müdafiə infrastrukturları yaratmağımıza imkan daxilində mane olsunlar.

Qeyd edim ki, Kəlbəcər rayonunun Azərbaycan hissəsində daha çox mühəndis texniki işləri görülür. Görülən işlər də onları qıcıqlandırır. Ermənistan görür ki, Azərbaycan sərhədlərində möhkəmlənib və mühəndis-texniki infrastrukturlar yaradır. Buna görə də onlar prosesə əngəl törətmək istəyir. Lakin Ermənistanın bu cəhdləri əbəsdir. Azərbaycan bütün hallarda öz sərhədlərini möhkəmləndirəcək. Bu Azərbaycanın suveren hüququdur”.

Nərminə UMUDLU
pia.az


Etiket: Sərhəd


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar