Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı metrosunda könüllülər xidmət edəcək

UEFA-nın futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunları ilə əlaqədar Bakı metropolitenində könüllülər xidmət göstərəcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, yarış proqramına uyğun olaraq, “A” qrupunun 3 oyunu (12, 16 və 20 iyun) və 1/4 finalın bir matçı (3 iyul) “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək.

Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə əməkdaşlıq çərçivəsində 30 könüllü seçilib. Onlar futbol oyunlarının keçirildiyi günlərdə “Koroğlu” stansiyası ilə yanaşı, şəhər mərkəzinə yaxın daha 6 metro stansiyasında (“İçərişəhər”, “Sahil”, “28 May”, Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Nizami”) fəaliyyət göstərəcəklər.

Könüllülərin cəlb edilməsində əsas məqsəd şəhərimizə təşrif buyurmuş qonaqların, xüsusən əcnəbilərin metropolitendə koordinasiyalı hərəkətini, yarış məkanına və sosial-mədəni obyektlərə səmti rahatlıqla müəyyənləşdirməsini, gediş haqqının yüklənməsini və istifadə qaydalarının izah olunmasını təmin etməkdir. Lazım gəldikdə, sərnişinlərə digər faydalı məlumatlar, eləcə də Azərbaycanın zəngin tarixi-mədəni irsi, paytaxtın sosial-mədəni və iaşə obyektləri barədə məlumatlar da veriləcək.

Könüllülərə müvafiq təlimat keçilərək, iş qrafikləri müəyyən olunub. İkinövbəli rejimdə çalışacaq gənclər sərnişinlərə xidmət göstərəcəkləri stansiyalarla tanış olublar. Onlar üzərində “Ask me” (tərcüməsi – “Məndən soruş”) yazılmış xüsusi geyimlərdə olacaq, sərnişinin yaddaş kitabçası, şəhər, metropoliten və Avropa çempionatı ilə bağlı digər vəsaitlərlə təmin ediləcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar