Cümə, 06 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Tərəflər Rusiyanın iki variantını rədd edib..." - Beynəlxalq Böhran Qrupunun Qarabağ hesabatı

Beynəlxalq Böhran Qrupu (“İnternational Crisis Group”) Azərbaycanla Ermənistan arasında ötən il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə başa çatmış müharibədən sonra Qarabağa dair özünün ilk geniş hesabatını dərc edib. Azərbaycan, RusiyaErmənistan rəsmiləri, ekspertləri ilə müsahibələr əsasında hazırlanmış hesabatda bir sıra təkliflər də irəli sürülür. Bunlardan ən vacibi Rusiya sülhməramlı kontingentinin mandatının təsdiq edilməsidir.

Belə ki, üçtərəfli bəyanatda sülhməramlıların vəzifəsi barədə cəmi üç cümlə yer alır, onların mandatı detallı şəkildə təsvir olunmur və Rusiya hərbçiləri yerlərdə həll etməli olduqları bir çox vəzifələrlə qarşılaşıblar. Onlar müşahidə postları qurmağa başlayıblar, eyni zamanda qaçqınların avtobuslarını müşayiət ediblər, üstəlik, dağılmış infrastrukturun bərpası ilə məşğul olublar.

“Sual yaranır ki, sülhməramlılar bundan sonra da zamanın necə keçməsindən asılı olaraq müxtəlif işləri görəcəklər? Onlar nəinki hərbi eskalasiyanın qarşısını alacaqlar, eyni zamanda növbəti beş ildə itmiş inəkləri də axtaracaqlar? Nə qədər xoş niyyətlə olsa da sülhməramlılar hər şeylə məşğul ola bilməz”, - təşkilatın ekspertləri vurğulayırlar.

Hesabatda qeyd olunur ki, sülhməramlılarla yanaşı regiona Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupu da gəlib və rusiyalı mütəxəssislərin ümumi sayı 4 min nəfərə yaxındır. Lakin formal mandatın olmaması müşahidəçiləri onların növbəti mümkün eskalasiya zamanı necə hərəkət edəcəklərinə dair təxminlər yürütməyə məcbur edir.

Beynəlxalq Böhran Qrupu qeyd edir ki, Moskva sülhməramlılar üçün daha aydın, konkret mandat formalaşdırmaq üzərində işləyir. Lakin indiyədək hazırlanmış iki variantı tərəflər rədd ediblər. Moskva isə bu səylərdən əl çəkməyə hazırlaşmır, amma tələsmək də istəmir. Yəni Rusiyanın yanaşması belədir.

Hesabatdan da göründüyü kimi, əsas olaraq Rusiya sülhməramlı kontingentinin mandatı gündəmə gətirilir. Sənəddə ən ilginc məqam budur ki, Rusiyanın bununla bağlı iki variantını tərəflər rədd edib. Amma söhbətin hansı variantdan getdiyi açıqlanmır, çünki nə rəsmi Bakı, nə İrəvan bu barədə açıqlama verməyiblər. Rusiyanın hələ də israr etdiyi variant nədir ki, hətta İrəvan da bundan imtina edir?

Sülhməramlıların mandatı məsələsi Azərbaycanda maraqları olan bəzi Qərbi dövlətlərini də narahat edir. Bu məqsədlə ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin qoşunlarını bölgəyə göndərmək təklifi gündəmə gətirilib. Hətta ABŞ dövlət katibin müavininin Bakıya son səfərində belə bir təkliflə çıxış etdiyi barədə də iddialar vardı.

Beləliklə, sülhməramlılar mövzusu getdikcə beynəlxalq müzakirə səhnəsinə çıxmağa başlayıb. Aydındır ki, Rusiya bölgədəki sülhməramlılar missiyasını kimlərləsə bölüşməyək istəməyəcək. Buna görə də sülhməramlılara yüksək beynəlxalq status almağa çalışır. Ancaq görünür, Bakı Rusiyanın təklif etdiyi var iantları qəbul etmir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

AZTV-nin sədri bahalı avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - Fotolar

Bakıda bu rayon ləğv olunur – Yeni mərkəzi rayon da yaradılır...

Azərbaycanlı “kredit oliqarxı”nın oğlu Londonda 560 milyon dollara futbol klubu alır

Deputat Operativ Qərargahın qərarına etiraz etdi

Ramiz Zeynalovun nömrə, vəsiqə və texniki baxış biznesi - Faktlar

Ramil Yusifov “Azərişıq” ASC-yə sədr gətilir? – İddia

“Müharibədə gözünü itirən vətəndaş: “İcra hakimiyyəti bizə 15 min manatdan cəmi 2 min verib”

“Azərbaycan hərbçilərini öldürün” - Ermənistanın Müdafiə naziri təxribat xarakterli əmr verdi

İşğaldan azad olunan Ağdamda yeni talan – Məmur köhnə artezian quyularının borularını hara daşıyır…

Milli Məclis: "Eldəniz Səlimova deputat maaşı veriləcək"

Yelisey sarayı: “İlham Əliyev və Emmanuel Makron arasında razılıq əldə olundu”

“Shaurma 1” restoranlarının sahibi şərikinin 9 milyon manatını ələ keçirib – Artıq ölkəni tərk etdiyi bildirilir

Ən çox oxunanalar