Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hande Harmancı Tərtər rayonunda səfərdə olub - Fotolar

PİA.az xəbər verir ki, ÜST-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Dr. Hande Harmancının rəhbərlik etdiyi nümayəndə heyyəti Tərtər rayonunda səfərdə olub.

İyunun 10-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqaladə halların nəticələrinin aradan qaldırılması üzrə Mərkəzi Fondunun (CERF) maliyəsi ilə ölkəmizdə həyata keçirilən “Sağlamlığa körpü 5” layihəsi çərçivəsində ÜST-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Dr. Hande Harmancının rəhbərlik etdiyi nümayəndə heyyəti Tərtər rayonuna səfər edib.

Səfər çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüş keçirilib.

İcra başçısı qonaqlara rayon haqqında ətraflı məlumat verib, layihənin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, 44 gün davam edən Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəridə daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Rayonun 40 yaşayış məntəqəsi üzrə 60 fərdi yaşayış evi və 2 mənzil, 6 sahibkarlıq obyekti, 2 sosial obyekt tamamilə dağılıb, 8 nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. 5344 fərdi yaşayış evi və mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 178 sahibkarlıq obyektinə, 45 sosial obyektə, 30 inzibati binaya, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. 161 iribuynuzlu, 393 baş xırdabuynuzlu heyvan, 24 arı ailəsi məhv olub.

Rayon rəhbəri nümayəndələrə ermənilərin atdığı mərmilərdən rayona dəymiş ziyanın aradan qaldırılması üçün görülmüş işlər barədə də ətraflı məlumat verib.

ÜST-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Dr. Hande Harmancı ətraflı məlumat üçün razılığını ifadə edib. Layihə haqqında məlumat verərək bildirib ki, yerli işçi qüvvəsinin səhiyyə xidmətinin stabilləşdirilməsi səylərinin gücləndirilməsini hədəfləyən layihənin əsas məqsədi ucqar bölgələrdə və təmas xəttində səhiyyə xidmətlərinə əlçatanlığın təkmilləşdirilməsi, 3 psixoloq və tibbi səyyar qrupları cəlb edərək psixi sağlamlıqla bağlı çətinlik yaşayan insanlara psixi sağlamlıq və psixo-sosial dəstək vermək, Ağdam, Bərdə, Tərtər, AğcabədiFüzulinin seçilmiş 25 məntəqəsində 5 tibbi səyyar komanda vasitəsi ilə zəruri səhiyyə xidmətləri göstərmək və ÜST-nin psixi sağlamlıq üzrə protokollarının və təlimatlarının tərcüməsini təşkil etməkdir. Qeyd edib ki, layihə çərçivəsində sözügedən 5 rayona 10 ədəd avtoklav, 10 ədəd oksigen konsentratoru, 480 qutu antigen testi, 38 adda avadanlıq və 101 adda dərman vasitəsi paylanacaq.

Sonra rayon rəhbəri qonaqlarla birlikdə Tərtər Rayon Mərkəzi Xəstəxanasına gedib orada yaradılan şəraitlə tanış olublar. Layihə çərçivəsində Tərtər rayonuna gətirilən tibbi ləvəzimatlar rayon Mərkəzi Xəstəxanasına təhvil verilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar