Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

FHN-nin 300 min manatlıq tenderini Kəmaləddin Heydərovun bacanağı qazandı

Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “CBS-PP” MMC olub.

PİA.az Yeniavaz.com-a istinadən xəbər verir ki, “CBS-PP” MMC Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinə 297 min 165 manat 7 qəpik dəyərində mətbəə məhsulları satacaq.

Tender müsabiqəsinin qalibi olan “CBS-PP” MMC – 02.09.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 338 min 579 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mikayıl Müşfiq, ev 12, m. 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğludur.

Qeyd edək ki, “CBS-PP” MMC daha əvvəl də Fövqəladə Hallar Nazirliyinin keçirdiyi tender müsabiqələrində qalib olub. Mətbuatda yer alan çoxsaylı məlumatlardan (bugünə kimi təkzib olunmayıb) belə görünür ki, “CBS-PP” MMC-nin qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğlu eyni zamanda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.

İsmayılov Hikmət Əbuzər oğlunun eyni zamanda “AFB Bank” ASC-nin əsas səhmdarı olduğu bildirilir.

Xatırladaq ki, “AFB Bank” ASC-nin səhmlərinin 99,6%-i vaxtı ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu bildirilən “Gilan” MMC-yə məxsus olub. Ötən ilin fevral ayında “Gilan” MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhmlərin satış məbləği açıqlanmasa da bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir.

Hikmət İsmayılov eyni zamanda “AzSigorta” ASC-nin 100%-lik təsisçisi və sahibidir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Fulya Öztürkdən Turan İbrahimova cavab: "Əlinizi vicdanınıza qoyun"

“Fulya Öztürk haqqında çəkiləcək film yersizdir” - Turan İbrahimov

Zibillikdən 400 illik rəsm əsərləri tapıldı - Polis sahibini axtarır

“Bizim problemimizi ancaq Putin həll edə bilər...”

Yeni qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

Paşinyan növbəyə dayandı, səs verdi, heç nə deməyib getdi - Yenilənib

Ən çox oxunanalar