Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AVRO-2020 oyunlarını keçirən ölkələrə koronavirusla bağlı tövsiyələr verildi

Avropa futbol çempionatı-2020 kimi idman yarışları çox sayda yerli və əcnəbi tamaşaçı cəlb etdiyi üçün yaranan izdihamlarda koronavirusun, xüsusilə də Avropada rast gəlinən yeni növlərinin yayılması üçün əlverişli şərait yaradır.

PİA.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional ofisindən bildirilib.

Bu cür irimiqyaslı idman yarışları zamanı daha çox izdihamın əmələ gəldiyi hava limanları, ictimai nəqliyyat kimi məkanlara daha çox diqqət yetirməyin, ictimai səhiyyə tədbirlərini artırmağın vacibliyi vurğulanıb.

“Həmçinin ÜST COVID-19 virusunun turistlər tərəfindən yayılmasının qarşısını alan sistemlərin fəaliyyətini təmin etməyi tövsiyə edib. Bunun üçün turistlərə müvafiq məlumat və təlimatlar verilməlidir. O cümlədən getdikləri yerdəki qaydalar barədə məlumat verilməli, COVID daşıyıcıları ilə təmasda olduqları təqdirdə atılmalı olan zəruri addımlar bildirilməlidir” – təşkilat nümayəndəsi qeyd edib.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda AVRO-2020 çərçivəsində İsveçrə - Uels, Türkiyə - Uels, Türkiyə - İsveçrə, eləcə də bir 1/4 final oyunu keçiriləcək.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar