Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Psixoloji travma keçirdim, canımdan bezmişəm...“ - Xalq artisti

Bu gündən etibarən ölkəmizdə iri ticarət mərkəzləri, “Mall”lar, idman zalları, məscidlər fəaliyyətə başlayır.

Bununla bağlı mayın 26-da Baş nazir Əli Əsədov qərar imzalayıb.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Naibə Allahverdiyeva artıq teatrların da açılmalı olduğunu deyib:

“Əgər “Mall”lar, idman zalları açılırsa, teatrlar da açılmalıdır. Təbii ki müəyyən qaydalar olmalıdır. Gələcəkdə yarana biləcək böyük fəsadların qarşısı alınmalıdır. Məsafəni gözləməklə, girişdə temperaturu ölçməklə insanlara teatrlara gəlməyə şərait yaradıla bilər. Mütləq teatrlar açılmalıdır, elə tək “Mall”lara getməklə, idman zallarına getməklə olmur. İnsanlara mənəvi qida da lazımdır. Teatra gələnlər mənəvi qidalanırlar, rahatlıq tapırlar. Mən bunu aktrisa kimi demirəm, inanın mənə, vətəndaş kimi deyirəm. Bizim tamaşalara heç vaxt teatra gəlməyən insanlar gəlib, deyiblər ki, biz rahatlıq tapdıq, sanki tamaşada özümüzü gördük. Ona görə mənə elə gəlir ki, tezliklə teatrların açılması mütləqdir. Məktəblilərimiz, tələbələrimizə, gələcək nəslimizə teatr mütləq lazımdır”.

Onun sözlərinə görə, aktyorlar evdə qalmaqdan öz plastikasını itirib, psixoloji travma alıblar:

“Biz aktyorlar üçün də yaxın zamanda teatrların açılması lazımdır. Çünki biz də musiqi alətləri kimi sanki “kökdən düşmüşük”. İnanın, bu həqiqətən belədir. Bəzən düşünürlər ki, aktyor olmaq asandır, çünki bizim sənəti gətirib bu vəziyyətə çıxardılar, elə yerindən qalxan aktyor oldu. Amma bu sənət asan deyil. TƏBİB mütləq bu barədə düşünməlidir və teatrları mütləq açmalıdır, yetər, nə qədər olar?! Artıq biz mənəvi, psixoloji travma keçiririk. Şəxsən mən bu vəziyyətdəyəm, hər şey yadımdan çıxıb. Bu bizim işimizdir, işləməliyik. Bəlkə də konsert zalları o qədər də lazım deyil, çünki insanlar televiziyalara baxırlar, müğənnilər efirlərə çıxıb oxuyurlar, amma teatr aktyorları lap pis vəziyyətdədirlər. Biz yenidən teatrlara qayıtmalıyıq, ən azından məşqlər başlasın. Aktyor idmançı kimidir, o daima məşq etməli, özünü formada saxlamalıdır, plastikasını saxlamalıdır. Çıxıb səhnədə kiminsə həyatını canlandırmaq asan deyil, bunun üçün aylarla məşq etməlisən. Nə qədər tamaşalarımız var, hamısı yan üstə qaldı. Nə qədər evdə oturmaq olar? Mən artıq canımdan bezmişəm, çox çətindir. Mən üzümü Operativ Qərargaha üzümü tuturam, xahiş edirəm, bizə də yazığınız gəlsin. Açın bu teatrları”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar