Cümə, 23 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

Baydenin ilk Avropa turu: Müttəfiqi Avropa ilə rəqibi Rusiya arasında qalan ABŞ...

Vaşinqtonun beynəlxalq səhnəyə “qayıdışı” bundan sonra necə olacaq və Moskva bununla necə məşğul olacaq? Bu, dünyanın hər yerində, xüsusən də Çində rəsmi şəxslərin cavabını gözlədikləri bir sualdır...

Mina Ureybi
“Şarkul Avsat” qəzeti, Türkiyə, 8 iyun 2021-ci il

ABŞ prezidenti Co Bayden yanvar ayında vəzifəyə gəldikdən sonra bu həftə ilk xarici səfərinə başlayacaq. Bayden Avropa turu üçün ilk ölkələri seçdikdən sonra ingilis siyasətçilər çox rahatlaşdılar. Çünki bəziləri baş nazir Boris Consonun Baydenin sələfi Donald Tramp ilə olan yaxınlığının hazırda iki ölkə arasındakı münasibətlərə pis təsir edəcəyindən qorxurdular. Bununla birlikdə, ABŞ və İngiltərəni tarixən birləşdirən “xüsusi münasibətlər” hələ də güclüdür və gəlib-gedib siyasətçilərdən daha təsirli olduğu da sübut edilib. Baydenin səfəri həm də kraliça II Elizabetin həyat yoldaşı şahzadə Filipin ölümündən sonra xarici bir lider və bir rəsmi ilə keçirəcəyi ilk görüşdür.

Baydenin İngiltərədə kraliça Elizabet və Conson ilə aparacağı danışıqlar daha çox Qərbi təmsil edən ölkələr arasındakı ortaq yanaşmanı təmsil edən G7 Sammitindəki iştirakından əvvəl baş tutacaq. Bayden G7 Sammitində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel başda olmaqla, 7 ölkənin liderləri ilə görüşəcək. Daha sonra NATO zirvəsində iştirak etmək üçün Belçikaya gedəcək. Orada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə bir sıra liderlərlə görüşməsi də gözlənilir.

Bu danışıqlar zamanı Bayden ölkəsinin qlobal liderlik rolundan geri çəkilməsini istəyən ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyasının son illərindən Tramp dövrünə qədər illərlə davam edən xaosdan sonra ölkənin NATO və 7 ölkədəki lider rolunu sübut etmək istəyir. Ancaq bu danışıqlar nə qədər vacib olsa da, ABŞ prezidenti ilə rusiyalı həmkarı Vladimir Putin arasında 16 iyunda baş tutan tarixi görüş daha vacibdir. Bu görüş Baydenin rəqibləri ilə, xüsusən də ABŞ-ın dünyaya “rəhbərlik etməsi” fikrini qəbul etməyən böyük ölkələrlə necə davranmaq istədiyini müəyyənləşdirəcək.

Bayden Trampın prezident seçkilərində qalib gəldiyi anda təcrid siyasətindən imtina etməsinə toxunaraq “ABŞ geri döndü” şüarını səsləndirib. Bayden Vaşinqtonun müttəfiqləri ilə, xüsusən də siyasətlərinə vəq düşüncə tərzinə ən yaxın olan avropalılarla ortaq hərəkət sahəsinə qayıdacağına söz verib. Baydenin ciddi şəkildə beynəlxalq səhnəyə qayıtmaq istədiyini göstərmək üçün atdığı addımlar arasında ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı və “UNRWA” kimi Birləşmiş Millətlər Təşkilatlarını yenidən maliyyələşdirəcəyi barədə açıqlaması da var. Avropalı müttəfiqləri Baydenin təkcə İngiltərə və Belçika səfəri zamanı deyil, həm də rus həmkarı ilə görüşəcəyi İsveçrə səfəri zamanı da Amerikadakı dəyişikliyin nəticəsini görmək istəyirlər.

Qarşıdakı görüş üçün tərəfsiz Cenevrənin seçilməsi iki tərəf arasındakı gərginliyin dərəcəsini və görüşün təsirlərinin əhəmiyyətini göstərir. Neytral mövqe də o deməkdir ki, iki lider bir neçə ay əvvəlki qızğın mübahisədən sonra nisbətən güclü bir mövqedə bu zirvəyə gəldikləri üçün danışıqlardan geri çəkilməyəcəklər.

Bayden və Putin arasındakı ilk üz-üzə görüş, ortaq maraqlar mövzusunda ikisi arasında bir dialoq yaranması üçün fürsət olacaq. Əlbəttə ki, Covid-19 epidemiyasına qarşı mübarizə və dünyanı onun nəticələrindən qurtarmaq məsələsi hazırda gündəmdədir. Lakin Avropa təhlükəsizliyi və enerji bazarı da daxil olmaqla, ənənəvi vacib məsələlər də müzakirə mövzusudur.

Cenevrə zirvəsi o zamankı ABŞ prezidenti Con Kennedi və Sovet İttifaqı prezidenti Nikita Xruşşov arasındakı tarixi görüşdən yarım əsr sonra baş verib. 4 iyun 1961-ci ildə Kennedi və Xruşşov Soyuq Müharibənin qızğın vaxtında Vyanada görüşüblər və bu ilk və son görüş idi. Görüş veteran rus siyasətçi Xruşşov ilə ABŞ-lı gənc bir siyasətçi arasında idi. Buna görə Sovet prezidenti Vyanaya gələndə yalnız bir neçə aydır vəziyyətə olan Kennediyə təzyiq göstərməyə hazır idi. Bu görüş Kennedinin siyasi uğursuzluqlarından biri sayılır. Çünki o, rəqib Xruşşovla qarşılaşmağa hazır deyildi və qarışıqlığını açıqlayan sızdırılmış ifadələrlə Sovet lideri Kennedini utandıra bildi.

50 il sonra bu gün isə işlər çox fərqlidir. Sovet İttifaqı dağıldı və bununla birlikdə Soyuq Müharibə dövrü sona çatdı. Bayden Kennedidən daha çox təcrübəyə sahibdir və ABŞ Senatının Xarici Əlaqələr Komitəsindəki illərdən sonra və Obamanın vitse-prezidenti vəzifəsini icra etdikdən sonra xarici siyasətdə ən təcrübəli Amerika prezidentlərindən biri sayılır. Ancaq bu gün Rusiya Sovet İttifaqının dağılmasından sonra Şərqi Avropadakı nüfuzunu hər zamankindən daha da genişləndirməyi bacardı. Yenə də Moskva dünyanın müxtəlif ölkələri, o cümlədən müxtəlif ərəb ölkələri ilə ittifaqlar qurur.

Bazar ertəsi günü ABŞ-da fəaliyyət göstərən “Axios” xəbər saytı ABŞ dövlət katibindən müsahibə alıb. Həmin reportajda Entoni Blinken ölkəsinin sabit və proqnozlaşdırıla bilən bir münasibət axtardığını, ancaq: “Rusiya bizə və ya ortaqlarımıza qarşı aqressiv olmağa davam etsə, qarşılıq verəcəyimizi açıq şəkildə bildirmişik”, deyə bir qeyd də edib. Blinken, həmçinin, Vaşinqtonun “strateji davamiyyət” axtarışında olduğunu bildirib və bunu bacarmağın ən yaxşı yolunun iki prezidentin üz-üzə görüşməsi olduğunu əlavə edib.

Buna qarşı olaraq Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RFPI) baş direktoru Kiril Dmitriyev CNBC-yə verdiyi müsahibədə iki ölkə arasında həqiqi mübahisəli məqamlar olduğunu, ancaq rabitə yolu ilə həll edilməli olan bir çox anlaşılmazlığın da mövcud olduğunu bildirib.

Rusiya ABŞ-ın özünə qarşı tətbiq etdiyi sanksiyaları azaltmağa çalışarkən, ABŞ Baydenin “ABŞ geri döndü” ifadəsini təsdiqləmək üçün Ukrayna və Belarusiya kimi ölkələrdəki gərginliyi azaltmaq məqsədilə gücünü göstərməyə çalışır.

Yaxın Şərq sənədlərinə gəldikdə isə onlar olduqca mürəkkəbdir. Bir tərəfdən, iki tərəfin hər cəhətdən fikir ayrılığında olduğu bir Suriya məsələsi var və təməlində Moskvanın Suriya prezidenti Bəşər Əsədə dəstək verməsi, Vaşinqtonun isə onun iqtidardakı hər hansı bir mövqeyini rədd etməsi ilə bağlı təkidləri var.

İran sənədinə gəldikdə də hər iki ölkə yeni bir nüvə anlaşması əldə etmək istəyir, lakin ABŞ-ın bu razılaşmaya daha çox ehtiyacı var. Doğrudan da, Bayden dəfələrlə razılığa gəlmək istədiyini bildirib. Rusiya tərəfi üçün Tehranla münasibətlər bir razılaşma ilə və ya razılaşmasız şəkildə davam edir.

Fələstin, Yəmən və Liviya kimi digər ərəb sənədlərinə gəlincə Rusiya təsirli addımlar deyil, daha çox açıqlamalar şəklində ortaya çıxan Amerika cəhdlərindən uzaq şəkildə birtərəfli addımlarını davam etdirir.

Əfqanıstan, bəlkə də Bayden və Putinin bir-biri ilə məsləhətləşə biləcəyi yeganə ölkədir. ABŞ 20 illik müharibədən sonra qüvvələrini Əfqanıstandan çıxarmağa hazırlaşır.

Sovet İttifaqı bu mürəkkəb ölkə üzərində nəzarəti artıra bilmədiyi kimi, ABŞ da Əl-Qaidənin təsirini azaltsa belə, bu ölkədəki uzunmüddətli hədəflərinə çata bilmədi. Əfqan sənədi dünyanın ABŞ-Rusiya əməkdaşlığından faydalana biləcəyi və ya ölkələrin yaxınlığında yenidən üz-üzə gələcəyi təqdirdə, dünyanın çox şey itirə biləcəyi sənədlərdən biridir.

Vaşinqtonun beynəlxalq səhnəyə “qayıdışı” bundan sonra necə olacaq və Moskva bununla necə məşğul olacaq? Bu, dünyanın hər yerində, xüsusən də Çində rəsmi şəxslərin cavabını gözlədikləri bir sualdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Bayden ABŞ

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Büdcədən oğurlanan milyonlar: Sabiqlərin topdağıtmaz sərvəti - Siyahı

Rəfiqəsinin 20 yaşlı oğlu ilə eşq yaşadığını ilk dəfə açıqladı - Foto

General-polkovnik Vaqif Axundovun rəis bacısı oğlu həbs edildi - Yenilənib

Ölüm xəbəri yayılan Nəcməddin Sadıqov danışdı

Rövşən Əkbərov özü ilə kimləri “içəri aparacaq“? - Məhkəmədə böyük skandal

İlham Əliyev məmurlara bizneslə məşğul olmağı qadağan edir - Prezidentin AzTv-yə müsahibəsindən sitat

Rövşən Əkbərov özü ilə kimləri “içəri aparacaq“? – Məhkəmədə böyük skandal

“Kəmaləddin Heydərovu toyuma dəvət etmişəm” - Elçibəyin oğlu

Ən çox oxunanalar