Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə nə bahalaşıb, nə ucuzlaşıb? - Foto

2021-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ilin may ayına nisbətən 105,2 faiz təşkil edib.

PİA.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, illik müqayisədə istehlak səbətinə daxil olan bu məhsulların dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artıb.

Ərzaq məhsulları, içki və tütün məmulatlarının istehlak bazarındakı qiymətləri əvvəlki aya nisbətən 99,4 faiz təşkil edib. Yəni, qiymətlər ötən ayla müqayisədə 0,6 faiz azalıb.

May ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox düyü, un, manna və qarabaşaq yarması, makaron məmulatları, toyuq əti, dondurulmuş balıq, qatılaşdırılmış şəkərli süd, yoqurt, xama, pendir, günəbaxan və qarğıdalı yağları, limon, alma, armud, çuğundur, yerkökü, şəkər və şəkər tozu, konfetlər, limonad, araq bahalaşıb.

Təzə balıq, yumurta, banan, alça, çiyələk, qoz, fındıq, kələm, xiyar, pomidor, bibər, badımcan, göy lobya, kartof, soğan və sarımsağın qiymətlərində isə azalma müşahidə olunub.

Qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, əvvəlki ilin may ayına nisbətən 104,4 faiz təşkil edib. İllik müqayisədə qiymətlər 4,4 faiz, aylıq müqayisədə isə 0,6 faiz artıb.

Qeyri-ərzaq məhsullarından daha çox parçalar, boyalar, divar kağızları, polietilen su və kanalizasiya boruları, kəsilmiş taxtalar, parket, sement, kərpic, mebellər, soyuducular, kondisionerlər, tozsoranlar, televizorlar, minik avtomobilləri üçün ehtiyat hissələri, velosipedlər, toz şəklində sintetik yuyuсu vasitələr bahalaşıb.

Paltaryuyan maşınların qiymətlərində isə azalma müşahidə olunub.

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin may ayına nisbətən 104,8 faiz təşkil edib. İllik müqayisədə 4,8 faiz, aylıq müqayisədə 0,5 faiz artım qeydə alınıb.

Ötən ay paltarların təmiri və kimyəvi təmizlənmə, ayaqqabı, mebel və məişət cihazlarının təmiri, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi, tibbi, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlər, MDB ölkələrinə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri bahalaşıb.

MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində isə azalma isə müşahidə olunub.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar