Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycan iqtisadiyyatı yaxın 10-15 ildə postneft dönəminə hazırdır?

Neftə olan tələbat hər il azalacaq, 2030-cu ilədək bir barrel neftin qiyməti 35 dollar ətrafında qərarlaşacaq..

İqtisadçı-ekspert: “Təqribən 10-15 il öncə neftin əvvəlki qədər önəminin olmayacağı ilə bağlı dünyada kifayət qədər ciddi araşdırmalar var idi”.

Azərbaycan postneft dövrünə daha ciddi hazırlaşmalıdır. Postneft dövrü ilə bağlı Azərbaycanın özünün proqram sənədi olmalıdır. Amma bu gün biz hökumətdə belə bir sənədin olduğunu görmürük”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Beynəlxalq Energetika Agentliyinin enerji transformasiyası ilə bağlı yaydığı yeni hesabatını PİA.az-a şərh edərkən qeyd edib.

Beynəlxalq Energetika Agentliyi enerji transformasiyası ilə bağlı yeni hesabat yayıb. Agentlik hesab edir ki, resurs ölkələrinin yeni neft yataqlarının işlənməsi üçün lisenziyalar verməsinə ehtiyac aradan qalxır, bu prosesi dayandırmaq lazımdır. Çünki neftə olan tələbat hər il azalacaq, 2030-cu ilədək bir barrel neftin qiyməti 35 dollar ətrafında qərarlaşacaq.

Ümumilikdə bu proqnozu necə dəyərləndirmək olar? Ən əsası Azərbaycan iqtisadiyyatı yaxın 10-15 ildə postneft dönəminə hazır ola biləcəkmi və hökümətin bu sahədə atdığı addımları yetərli hesab etmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı İqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Alternativ enerji resurslarının getdikcə daha çox artması, daxili yanma mühərrikdə neftin payının daha çox azalması postneft dövrünün yaxınlaşmasının siqnalları idi”.

Neftin tamamilə lazımsız sərvətə çevrilməyəcəyini vurğulayan ekspert PİA.az-a bildirib ki, neftdən yüzlərlə maddələr alınır. Neft-kimya sahəsində, kosmetikada məhsullarında neftdən alınan maddələrdən istifadə olunur. Azərbaycan da buna keçid etməlidir:

“Təqribən 10-15 il öncə neftin əvvəlki qədər önəminin olmayacağı ilə bağlı dünyada kifayət qədər ciddi araşdırmalar var idi. Bu araşdırmalar onu göstərir ki, postneft dövrü getdikcə daha çox yaxınlaşır. Yəni postneft dövrünə yaxınlaşmaq lazımdır.

Alternativ enerji resurslarının getdikcə daha çox artması, daxili yanma mühərrikdə neftin payının daha çox azalması postneft dövrünün yaxınlaşmasının siqnalları idi. Dünyada bir çox ölkələr 2030-cu ildə benzin və dizellə işləyəcək maşınlardan imtina edəcəklərini bildiriblər. Avropa Birliyi ölkələri 2025-2030-cu illər arası, ABŞ 2030-cu ilə qədər, Çin 2033-cü ilə qədər benzin və dizellə işləyəcək maşınlardan imtina edəcək. Bu da o deməkdir ki, dünyada neftə olan təlabat kəskin şəkildə azalacaq.

Bu gün dünyada istehlak olunan neftin təqribən 45 faizi məhz daxili yanma mühərrikində istifadə olunur. Dünyada da təqribən 96 milyon barel gündəlik neft istehlakı var. Bu yaxın 1-2 ildə 100 milyona qalxa bilər. Amma sonrakı dövrlərdə gündəlik istehlak 50 milyon barelə qədər azalacaq. Bu da neft bolluğuna səbəb ola bilər və qiymətlərin aşağı düşməsinə səbəb olan əsas amilə çevrilə bilər.

Natiq Cəfərli: “Azərbaycan xam nefti satmaqdansa, nefti emal edərək neftdən alınan məhsulların dünya bazarına çıxarılmasına çalışılmalıdır”.

Azərbaycan postneft dövrünə daha ciddi hazırlaşmalıdır. Postneft dövrü ilə bağlı Azərbaycanın özünün proqram sənədi olmalıdır. Amma bu gün biz hökumətdə belə bir sənədin olduğunu görmürük.

Söhbət ondan getmir ki, neft tamamilə lazımsız sərvətə çevriləcək. Neftdən yüzlərlə maddələr alınır. Neft-kimya sahəsində, kosmetikada məhsullarında neftdən alınan maddələrdən istifadə olunur. Azərbaycan da buna keçid etməlidir. Yəni xam nefti satmaqdansa, nefti emal edərək neftdən alınan məhsulların dünya bazarına çıxarılmasına çalışılmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket: Neft


Digərxəbərlər

Populyar xəbərlər

Fulya Öztürkdən Turan İbrahimova cavab: "Əlinizi vicdanınıza qoyun"

“Fulya Öztürk haqqında çəkiləcək film yersizdir” - Turan İbrahimov

Zibillikdən 400 illik rəsm əsərləri tapıldı - Polis sahibini axtarır

Yeni qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

Paşinyan növbəyə dayandı, səs verdi, heç nə deməyib getdi - Yenilənib

“Ermənilərin qatili” – Köçəryan üçün gözlənilməz zərbə

Azərbaycanlı həkim: “Almaniyada xəstənin həkimə zəng vurmağa ehtiyacı yoxdur”

Ən çox oxunanalar