Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarixə düşmüş qardaşlıq nümunəsi - Azərbaycan və Türkiyə

Azərbaycan və Türkiyə münasibətlərinin bugünki səviyyəsi dünya üçün yeni ekol mahiyyəti daşımaqdadır. İki ölkənin hər səviyyədə bir-birinə bu qədər dəstək olmağı dünya siyasətində olduqca nadir təsadüf olunan bir hadisədir. Ancaq şübhə yoxdur ki, Azərbaycan və Türkiyə münasibətlərinin gələcəyi bu günündən də güclü olacaqdır. Çünki bu gələcək bizim tariximizdən doğulan gələcəkdir. Bizim tarixi bağlılığımız, mədəni, etnik birliyimiz xalqlarımız, vətəndaşlarımız arasındakı sıx əlaqələr gələcəyimizin təminatçısıdır. Xüsusilə hal-hazırda bölgədə formalaşmış yeni şərait iki qardaş ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişafına güclü zəmin yaradır. Ikinci Qarabağ müharibəsi Azərbaycan və Türkiyə arasındakı münasibətləri növbəti qardaşlıq sınağından çıxardı və daha dərindən bu münasibətlərə baxmağa vadar etdi. 44 günlük müharibə dövründə Türkiyənin inadla bir addım belə geri çəkilmədən, hər gün, hər saat Azərbaycanı müdafiə etməsi həm də dünyaya bir mesaj oldu: Azərbaycan yalnız deyildir, onun Türkiyə kimi güclü müttəfiqi var.
Təbiidir ki, dünyada Azərbaycan və Türkiyə yaxınlığını bilən dövlətlər, xalqlar qədər bilməyənlər də var idi. Amma 44 günlük müharibə ərzində Azərbaycan və Türkiyə münasibətlərinin nə dərəcədə yaxın olduğu, iki ölkə mövqelərinin nə dərəcədə eynilik təşkil etdiyi bütün dünyaya bir daha agah oldu. Bu bölgənin tarixindən xəbəri olmayanlar da Azərbaycan və Türkiyə münasibətlərinin qardaşlığa, birliyə, bərabərliyə söykəndiyini və bu dövlətlərin eyni xalqın iki dövləti olduğunu anladılar. Bir məsələni də vurğulamaq lazımdır ki, Azərbaycanın coğrafi mövqeyi təkcə Türkiyə Azərbaycan münasibətləri üçün deyil bütövlükdə türk arealı üçün mühüm bir rol oynayır. Azərbaycan elə bir coğrafi mövqedə yerləşib ki, qərbində Türkiyə, şərqində isə türkdilli dövlətlər yerləşir. Yəni, Azərbaycan türkdilli dövlətlərin qovuşma məkanı kimi xarakterizə olunur. Ona görə də Azərbaycan və Türkiyə münasibətlərinin daha da yaxınlaşması Türkiyənin digər türkdilli dövlətlərə yaxınlaşmasını, əlaqələrinin intensivləşməsini də təmin edir. Beləliklə, Azərbaycan və Türkiyə qardaşlığı bütün türk dünyası üçün vacib və strateji əhəmiyyətlidir.
Azərbaycan və Türkiyə arasındakı əlaqələr demək olar ki, bütün sahələri əhatə edir. Siyasi, hərbi, iqtisadi, regional, mədəni və s. sahələrdə iki ölkənin birgə layihələri mövcuddur. Son dövrlərdə isə iki ölkənin iştirakı ilə həyata keçirilən neft-qaz layihələri xüsusilə önəmlidir. Belə ki, bu layihələr artıq regional mahiyyətdən çıxaraq beynəlxalq həcmdə əhəmiyyət kəsb etməkdədir. O cümlədən, İkinci Qarabağ müharibəsindən sonra - daha dəqiq 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatın müddəalarından biri olan Zəngəzur dəhlizinin icrası da bu baxımdan olduqca əhəmiyyətlidir. Bu layihənin icrası iqtisadi gəlir ilə birgə, starteji cəhətdən də iki ölkə üçün yüksək mənfəət vəd edir.
İki ölkə arasında siyasi arenada da ortaq fəaliyyət sahələri mövcuddur. Bu mənada 1-3 iyun tarixlərində Türkiyənin iqtidar partiyası AKP-nin dəvəti ilə YAP nümayəndə heyətinin Ankaraya səfəri xüsusilə vacib bir məsələ idi. Səfər çərçivəsində nümayəndə heyətimiz qardaş ölkənin yüksək vəzifəli rəsmiləri ilə, o cümlədən Prezident, AKP sədri cənab Rəcəb Tayyib Ərdoğanla görüşlər keçirmişdir. Səfərin ikinci günü əməkdaşlığa dair niyyət protokolu imzalanmışdır. Məlumat üçün bildirək ki, YAP və AKP arasındakı mövcud münasibətlərin təməli 2004-cü ildə qoyulsa da bu günə qədər iki partiya arasında hər hansı bir əməkdaşlıq protokolu imzalanmamışdı. Protokolla birgə iki qardaş partiya bir araya gələcək – partiyanın üzvü olan gənclərin, qadınların, millət vəkillərinin birgə fəaliyyəti üçün şərait yaranacaqdır. Eyni zamanda, QHT-lərlə əlaqələrin işlənib hazırlanması, ölkələrimizin milli maraqlarının birgə layihələrlə, konfranslarla, tədbirlərlə təbliğ olunması, hər iki partiyanın imkanlarının və əlaqələrinin mövcud olduğu digər beynəxlalq təşkilatlar və ya siyasi partiyalarla birgə ortaq maraqların təmin olunmasına xidmət edəcək koordinativ mərkəzin yaradılması kimi məsələlər müzakirə olunmuş və bütün bunları özündə əks etdirən niyyət protokolu imzalanmışdır və bununla partiyalar arasında hüquqi zəmin təsbit və təmin olunmuşdur. Onu da qeyd edək ki, bu səfər 5 mart 2021-ci il tarixdə YAP-ın VII Qurultayından sonra partiya nümayəndələrinin ilk səfəri idi. Təbiidir ki, bu səfər ölkəmizə vətən müharibəsində yaxın qardaşlıq münasibəti göstərən, “bir millət, iki dövlət” olaraq səciyyələndirdiyimiz Türkiyəyə oldu. Beləliklə, şübhə yoxdur ki, iki ölkə arasında digər sahələrdə olduğu kimi siyasi sahədə də əməkdaşlıq ən yüksək səviyyədə təmin olunacaqdır.

Fazil Məhəmmədov

Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar