Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-NATO-Türkiyə münasibətləri hansı səmtə istiqamətlənib və Ərdoğan-Bayden görüşü nə vəd edir?

“Türkiyənin daxil olduğu NATO güclüdür. Türkiyəsiz bir NATO güclü deyil”, ifadəsi isə yeni Türkiyənin təsir və gücünə görə “dostlarına” xəbərdarlıqdır...

Nedret Ersanel
“Yeni Şafak” qəzeti, Türkiyə, 9 iyun 2021-ci il

Hazırda “qlobal qeyri-müəyyənlik” dövründəyik və bu period yeni dövrün təhdidləri ilə əhatə olunub. Bayden ABŞ-nın da bu fikirdə olduğunu rəsmi şəkildə bilirik. Əsas məsələ isə digər böyük ölkələrin - Rusiya, Çin, İngiltərə, Türkiyə, Almaniya və başqalarının bu müddətdə öz mənafeləri və hədəfləri ilə bağlı doğru addımları necə atacaqları, müttəfiqləri və gözləntiləri arasında necə ilişib qalacaqları ilə bağlıdır.

Vaşinqton iyunun ortalarından başlayaraq İngiltərə-G7-NATO-AB­ tərəfdaşları ilə danışıqlarda dünya səhnəsinin ortasına qoya biləcəyi ciddi və inandırıcı bir profil yaratmalıdır. Öz təsvirlərinə görə, hazırda güclü bir ABŞ administrasiyası var. Amerika həm daxili siyasətinin və orta təbəqəsinin ehtiyaclarını, gözləntilərini qarşılamalı, həm tərəfdaşlarının iqtisadi maraqlarını və şərhlərini canlandırmalı, həm də Rusiya və Çin kimi super güclərin, Türkiyə kimi “bərabər və ədalətli” bir münasibət gözləyən ölkələrin tələblərini idarə etməlidir. Ancaq, görünür, Ağ Ev heç o fikirdə deyil.

Problemlər də məhz belə başlayır. Çünki ABŞ-ın liderlik öhdəlikləri bunların baş verməsi üçün kifayət deyil. Sözügedən ölkələr və təşkilatlar Amerika rəhbərliyini dəstəkləməlidirlər. Ancaq vəziyyət heç də belə deyil.

Prezident Baydenin 6 iyun tarixində “Washington Post” qəzetində (Co Bayden: Amerikanın dünya demokratiyalarını canlandırması ilə bağlı Avropa səfərim) yazdığı kimi, əgər “dünyanın aparıcı demokratiyaları Çinə yüksək standartlı bir alternativ təklif etmək” axtarışına çıxsalar, o zaman mütləq şəkildə tərəfdaşlarının hər istədiyini verməli olacaqlar.

Bu çərçivədə Türkiyənin planını başa düşmək lazımdır. Ankaranın ABŞ-la münasibətləri və NATO, BMT və AB kimi təməl Qərb təşkilatlarını tənqid etməsi aydın məsələdir. Vacib sərhədləri pozmadıqca ABŞ və AB ilə münasibətlərini sağlam tutmaq arzusu da göz qabağındadır.

Medalyonun digər üzündə isə Baydenin seçildiyi gündən Vaşinqtonun qondarma erməni soyqırımını tanıdığı vaxta qədərki prosesdə Ankaraya qarşı işlətdiyi sərt ifadələr var. İki ölkənin ortaq sənədindəki ziddiyyətlər də göz qabağındadır. Bundan əlavə, Türkiyənin NATO-dakı yeri bəlli olsa da, buradakı varlığını ləğv etmək ehtimalını irəli sürən açıqlamalar da xatirimizdədir. Danışıqlar sırf bu başlıqlar üzərindən aparılsa, bütün sənədlərin arxivə atılması heç kəsi təəccübləndirməz.

Bu məqamda Ankaranın cəhdi Türkiyənin NATO-dakı gücünü və təsirini, xüsusən ABŞ-a və AB-yə xatırlatmaq, yəni “ortaqlarına” yeni Türkiyənin nüfuzunu göstərməkdir. Bu, sadəlövhcəsinə səslənə bilər. Ancaq praktikada və xəritədə göstərildiyi zaman işin rəngi dəyişir.

Türkiyə Liviyada ABŞRusiya ilə üz-üzədir. Suriyada ABŞRusiya ilə qarşı-qarşıya gəlib. Qafqazda isə yalnız ikisi ilə deyil, həm də Çinlə üz-üzə qalıb. Qısa müddət ərzində də İraqdakı NATO varlığı ilə üzləşəcək. Bu, işin cənub və şərq istiqamətidir. Münasibətlərin əsası isə Qərbdə təzahür edir. Polşa ilə münasibətlərdə tamamilə fərqli bir ölçüyə keçilib. Bu, strateji bir girişdir və Varşavaya PUA satılması, Polşa prezidentinin Türkiyəyə səfəri və burada dedikləri istər-istəməz ABŞ-NATO-Rusiya baxımından ciddi bir mesaja çevrilir.

Prezidentin Türkiyədən PUA alınması ilə bağlı dedikləri də məhz buna işarə edir. ABŞ indiyə qədər heç nə deməyib. Ukrayna və Krım da eyni vəziyyətdədir. Ankara-Kiyev münasibətlərinin gəldiyi vəziyyət ABŞ-NATO üçün də ciddi bir mesaj daşıyır. Elə buna görə Rusiyadan bu günə qədər eşidilməyən çıxışlar bu mərhələdən sonra ortaya çıxmağa başladı. “Krıma olan marağınız, bizim də bənzər həssaslıqlarınıza qarşı marağımızı artırır” tərzində, təhdid dolu ifadələr önə çıxıb.

Rumıniya, Bolqarıstan, Avropa və Balkan paytaxtları ilə həmsərhəd olan digər Şərqi Avropa ölkələri üçün də vəziyyət eynidir. Türkiyə isə təkbaşına keçən əsrin ən problemli Şərq-Qərb sərhədinə yaxınlaşır və bundan heç kim narahat görünmür.

Bu durum yalnız ABŞ, NATO, Rusiya üçün deyil, həm də Avropa Birliyi üçün bir mesajdır. Bir tərəfdən öz ətalətləri ilə qarşılaşmaları, digər tərəfdən də kimlərlə işləməli olduqları barədə konkret məlumatlar təqdim edilir. Prezidentin sözləri də həmin məzmuna həqiqi məna əlavə edir. “Türkiyə NATO-nun güclü tərəfdaşıdır” sözü Türkiyəyə quruluş tarixində verdiyi borcları xatırladır. “Türkiyənin daxil olduğu NATO güclüdür. Türkiyəsiz bir NATO güclü deyil”, ifadəsi isə yeni Türkiyənin təsir və gücünə görə “dostlarına” xəbərdarlıqdır.

Bir yandan Fransa prezidentinin “NATO-nun beyin ölümü baş verib”, sözünün xatırladılması və bunu NATO-nun nəzərə almalı olduğunu vurğulanarkən, digər yandan da Liderlər Sammiti və Baydenlə görüş ərəfəsində Parisdə masaya oturulması eyni qəbildən hadisələrdir.

Hamısı diplomatik taktiki addımlardır və Türkiyənin strateji vəziyyətini birləşdirmək üçündür. “ABŞ-NATO-Türkiyə münasibətləri niyə belə gərgindir?” sualının zirvəyə çıxmasının mənası “siz heç bilirsiniz ki, bu hərəkətləriniz kimə qarşıdır?” deməkdir.

Türkiyənin ABŞ-la yenidən yaxınlaşması üçün iqtidarın yanında olan bəzi şəxslərin bu həmlələri istismar etməsinə də diqqət yetirmək lazımdır. Unutmayaq ki, hələ də rəsmi görüşlərdə “S-400-lərin nəzarəti də bizdə olacaq” deyən bir Amerika var.

VHPAK0Q6PGF7o4BDJBaXnvvY3abaZGqlVBsFUUeejS83vFiPUH6KsE" target="_blank" rel="noopener">Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Ərdoğan Bayden

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar