Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanla Baydenin görüşündən əvvəl ABŞ-dan qalmaqallı açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Co Baydenlə iyunun 14-nə NATO zirvəsi çərçivəsində planlaşdırılan görüşündən əvvəl ABŞ-dan qalmaqallı açıqlamalar səslənib.

“Haber Global” məlumat verir ki, ABŞ Dövlət katibi Entoni Blinken bəzi iddialarla çıxış edib.

“Aramızdakı ayrılıqlar sirr deyil. Türkiyə NATO-nun müttəfiqi kimi davranmır”, - deyə o, Ankaranın Moskva ilə S 400-lərlə bağlı razılaşmasını xatırladıb.

Şərqi Aralıq dənizi ərazisində yaşanan proseslərdən də narahatlığını dilə gətirən Blinken bölgədə gərginliyin azaldılmasını müsbət qarşıladıqlarını bildirib.

O vurğulayıb ki, Bayden Ərdoğanla görüşündə bu mövzuları müzakirə edəcək. Blinken Türkiyənin Qərb dövlətləri ilə eyni sırada yer almasının hər iki tərəfin xeyrinə olduğunu bildirib və Ankara ilə Vaşinqton arasında Suriya, terrorla mübarizə, Rusiyaİranla bağlı siyasətdə fikir ayrılıqları yaşandığını xatırladıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar