Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Türkiyə - Azərbaycan dostluq münasibətləri ölkələrimizin gələcək inkişaf perspektivlərinin əsasını təşkil edir

Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, düşünülmüş və məqsədyönlü siyasət nəticəsində daha yüksək səviyyəyə çatmış, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçmişdir. Hər iki dövlət arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verməkdədir. Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir ki, Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Beləliklə, həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir.

Azərbaycanın uğurlarından danışarkən hər zaman xalqımıza və dövlətimizə öz mənəvi və siyasi dəstəyini əsirgəməyən qardaş Türkiyə ilə iqtisadi, siyasi, diplomatik, hərbi əməkdaşlığın önəmini vurğulamaq lazımdır. Ötən ilin 27 sentyabr tarixində başlayan, 44 gün davam edən və tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsinin ilk günündən Azərbaycanın yanında olması mesajı ilə xalqımıza və dövlətimizə qarşı təzyiq və təhdidlər göstərən ermənipərəst dövlətlərə və beynəlxalq təşkilatlara öz siyasi gücünü nümayiş etdirən Türkiyə tarixi Qələbənin qazanılmasında maneçilik törətmək, əngəlliklər yaratmaq istəyən qüvvələrin qarşısını qətiyyətlə aldı.

Qeyd edək ki, iki ölkə arasındakı bu qardaşlıq həm iqtisadi həm də siyasi sahədə daim inkişaf etməkdədir. İqtisadi sahədə - hər iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri BTC və BTƏ neft-qaz layihələri, ardınca BTQ dəmir yolu xəttinin istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin, onun əsas seqmentlərindən olan TANAP-ın, TAP-ın, “Star” neft emalı zavodunun işə düşməsi və s. kimi biri-birindən önəmli hadisələri misal göstərmək olar. Reallaşan hər bir layihə region və tərəfdaş ölkələrin həyatına yeni bir nəfəs gətirdi. Türkiyə rəsmiləri də bu məqamı qeyd edirlər ki, qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu Azərbaycan və Türkiyənin mənzərəsində aydın görünür.

Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu inkişaf hər bir sahədə öz əksini tapır. Qələbədən sonra bölgədə əldə olunan sülhün qorunmasına nəzarətdə və azad edilmiş torpaqlarda infrastruktur layihələrin həyata keçirilməsində, abadlıq-quruculuq işlərində, tarixi və mədəni obyektlərin bərpasında, yenidənqurma işlərində Türkiyə ilə əməkdaşlığın artırılması qardaş dövlətə olan inamdan irəli gələn addımlardır. İlkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə Türkiyə hərbçilərinin qonşu Rusiya hərbçiləri ilə Monitorinq Mərkəzi daxilində birgə fəaliyyəti ədalətsiz, qərəzli münasibətlər və narahatçılıqlar barədə şübhələri yox etdi.

İki qardaş ölkə arasında birlik-bərabərlik və əməkdaşlıq meyilləri siyasi arenada da öz əksini tapır. Bu günlərdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş ölkəyə səfəri də əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Səfər çərçivəsində dostluq və səmimilik şəraitində keçirilən görüşlərdə bir çox müzakirələr, fikir mübadilələri aparıldı. Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyətinin Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş ilə görüşündə YAP ilə AKP arasında əməkdaşlığa dair niyyət protokolu imzalandı ki, bu da olduqca vacib addım idi. Qeyd edək ki, bu protokolda əməkdaşlıq məsələləri müzakirə olunmuş və bu məsələlərin hər biri münasibətlərin inkişafına böyük töhfə kimi dəyərləndirilmişdir. Bütün bunlar göstərir ki, Azərbaycan və Türkiyə qardaşlığı möhkəm təmələ əsaslanaraq, günbəgün möhkəmlənir və inkişaf edir.

Azərbaycan-Türkiyə əlaqələrinin hərbi, siyasi, iqtisadi və digər sahələr üzrə dinamik artımda davam etməsi böyük bir coğrafi məkanda iqtisadi yüksəlişə təkan verir. Bütün bu nailiyyətlərin əldə olunmasında isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Təyyib Ərdoğanın siyasi iradələri və dövlət başçılarımızın qardaşlıq münasibətləri əhəmiyyətli rol oynayır. Əminliklə deyə bilərik ki, bu gün iki ölkənin münasibətləri öz tarixinin ən yüksək həddindədir və şübhəsiz ki, bu tərəfdaşlıq bundan sonra da iki ölkəyə böyük nailiyyətlərin qazanılmasında, qazancların əldə edilməsində birbaşa dəstək olacaqdır.

Kəmalə Mustafayeva
YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Fulya Öztürkdən Turan İbrahimova cavab: "Əlinizi vicdanınıza qoyun"

“Fulya Öztürk haqqında çəkiləcək film yersizdir” - Turan İbrahimov

Zibillikdən 400 illik rəsm əsərləri tapıldı - Polis sahibini axtarır

Yeni qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

Paşinyan növbəyə dayandı, səs verdi, heç nə deməyib getdi - Yenilənib

“Ermənilərin qatili” – Köçəryan üçün gözlənilməz zərbə

Ən çox oxunanalar