Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərhədlərin SSRİ çərçivəsində müəyyənləşməsi... - Vaşinqtonun bu mövqeyini Ermənistan qəbul edəcəkmi?

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Filip Riker Bakıda jurnalistlərə bildirib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sərhəddin keçmiş SSRİ çərçivəsində demarkasiyası vacibdir...

Politoloq: “10 noyabr imzalanmış birgə bəyanatdan sonra ABŞ Cənubi Qafqaza böyük maraq göstərir”.

“Sərhədlərin qarşılıqlı surətdə tanınması üçün Ermənistan tərəfinin konstruktiv addım atması önəmlidir”.

Bu sözləri politoloq İlyas Hüseynov ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin Bakıda sərhədlərlə bağlı dediklərini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Bakıda jurnalistlərə bildirib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sərhəddin keçmiş SSRİ çərçivəsində demarkasiyası vacibdir. Həmçinin ABŞ rəsmisi minalanmış ərazilərin xəritələrinin verilməsinə çağırış edib.

ABŞ-ın bu gün Ermənistanla Azərbaycan arasında əsas gərginlik yaradan məsələlərdən birinə bu yanaşmasını necə dəyərləndirmək olar? Hesab etmək olarmı ki, Vaşinqton məsələyə ədalətli və obyektiv yanaşır?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “ABŞ bölgədə gərginlik azalmasını istəyir. Çünki digər təhlükəli amillər yeni qarşıdurmalara gətirib çıxara bilər”.

Ermənistan-Azərbaycan sərhəddi boyunca yeni yaranmış sərhədləri, daha doğrusu keçmiş SSRİ çərçivəsində olan mövcud sərhədləri Ermənistan tərəfi qəbul etməli olduğunu diqqətə çatdıran politoloq PİA.az-a bildirib ki, uzun illər ərzində Azərbaycana qarşı terror, təcavüz, etik təmizləmə siyasəti həyata keçirən Ermənistan tərəfi mina xəritələrini yalnış təqdim edə bilər:

“10 noyabr imzalanmış birgə bəyanatdan sonra ABŞ Cənubi Qafqaza böyük maraq göstərir. Eyni zamanda Cənubi Qafqaz ABŞ-ın geostrateji maraqları çərçivəsində olan bölgə olduğu üçün burada sülhün və sabitliyin qorunmasında ABŞ maraqlı dövlət kimi çıxış edir. Müxtəlif gərginliklər zamanı ABŞ bölgəyə müdaxilə etmək, məsələləri tənzimləmək istiqamətində diplomatik, siyasi kanallarla təmaslar qururlar. 18 may tarixində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da Ermənistan-Azərbaycan sərhəddində yaranmış gərginliklə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə təmaslar qurdu. Telefon danışığı zamanı bir sıra mühüm məsələlər müzakirə olundu.

Dünən ABŞ dövlət katibinin Avrasiya və Avropa işləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Bakıda jurnalistlərə müsahibəsi zamanı bir sıra önəmli tezislər səsləndirib. Onun dediyinə görə ABŞ Ermənistanla Azərbaycan arasında keçmiş SSRİ çərçivəsində sərhədlərin demarkasiyasını vacib bilir. Amma demarkasiyası məsələlərini tənzimləməkdən öncə hələ delimitasiyası prosesini həyata keçirmək lazımdır. Sərhədlərin qarşılıqlı surətdə tanınması üçün Ermənistan tərəfinin konstruktiv addım atması önəmlidir.

Bütün Ermənistan-Azərbaycan sərhəddi boyunca yeni yaranmış sərhədləri, daha doğrusu keçmiş SSRİ çərçivəsində olan mövcud sərhədləri Ermənistan tərəfi qəbul etməlidir. Üçtərəfli bəyanatdan sonra işğaldan azad olunmuş Laçın, Kəlbəcər, eləcə də 44 günlük Vətən müharibəsi zamanı formalaşan yeni sərhəd gerçəkliyi fonunda ZəngilanQubadlı ilə də yaranmış sərhədləri Ermənistan tərəfi tanımalıdır. Bu bölgədəki sülhün qorunmasına xidmət edəcək addım kimi qiymətləndirilə bilər.

İlyas Hüseynov: “Bu Vaşinqtonun məsələyə ədalətli və obyektiv yanaşdığını göstərir”.

Digər önəmli məsələ budur ki, ABŞ rəsmisi minalanmış ərazilərin xəritələrinin verilməsinə çağırış edib. Bildiyimiz kimi üçtərəfli bəyanat imzalanandan sonra Azərbaycan tərəfindən çox sayda mülki vətəndaşlar ermənilərin basdırdıqları minaların qurbanları oldular. Hətta iki jurnalistimiz də bu minaların qurbanı oldu. Bu da Ermənistanın terrorizm siyasini davam etdirməsinin sübutdur.

Bütün bunları nəzərə alaraq Ermənistan tərəfi heç bir şərt irəli sürmədən minalanmış ərazilərin xəritələrini və sxemlərini Azərbaycan tərəfinə verməlidir. Buna görə də ABŞ-ın bu çağırışı məqsədəuyğundur. Bu Vaşinqtonun məsələyə ədalətli və obyektiv yanaşmasını göstərir.

Qeyd edim ki, Ermənistan tərəfinin təqdim edəcəyi minaların xəritələrinə bir qədər ehtiyyatla yanaşmaq lazımdır. Çünki uzun illər ərzində Azərbaycana qarşı terror, təcavüz, etik təmizləmə siyasəti həyata keçirən Ermənistan tərəfi mina xəritələrini yalnış təqdim edə bilər. Həmçinin də əraziləri tərk edərkən Ermənistan əsgərləri parakəndə şəkildə ərazilərə minalar basdırıblar. Buna görə də həmin ərazilərə basdırılan minaların xəritələrinin də göstərilməsi aktuallıq kəsb edir.

İlyas Hüseynov: “Ermənistan əsgərləri parakəndə şəkildə ərazilərə minalar basdırıblar. Buna görə də həmin ərazilərə basdırılan minaların xəritələrinin də göstərilməsi aktuallıq kəsb edir”.

Düşünürəm ki, bütün bu məsələri həll etmək üçün əraziyə yerləşdirilmiş sülhməramlıların iştirakı ilə ErmənistanAzərbaycan tərəfi danışıqlar yolu ilə konsensusa gələrək mina axtarış fəaliyyətini birgə həyata keçirdə bilərlər. Necə ki, bu ərazidə erməni əsgərinin meyidinin tapılması üçün edilir. Lakin biz onu müşahidə edirik ki, Ermənistan tərəfi gecə saatlarında Azərbaycan tərəfinə keçməyə cəhdlər edir. Onlar əraziləri yenə də minalayırlar. Bununla da görünür ki, onlar bölgədə vəziyyətin gərginləşməsində maraqlıdır.

Amma ABŞ bölgədə gərginlik azalmasını istəyir. Çünki digər təhlükəli amillər yeni qarşıdurmalara gətirib çıxara bilər. Buna görə də ABŞ maksim dərəcədə risklərin minimumlaşıdırması və qarşılıq fəaliyyətə əsaslanan əməkdaşlığın olmasında maraqlıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar