Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın Yaxın Şərqdəki müharibələri davam edir - Ərəblər Tehranın qarşısını ala biləcəkmi?..

İran son onilliklərdə “Əl-Qaidə” rəhbərliyi üçün etibarlı bir sığınacaq oldu. İranın ərəb ölkələrindəki açıq müharibələri təhlükəlidir, lakin bölgədəki gizli müharibələri həm əhatəsinə, həm də səviyyəsinə görə daha təhlükəli görünür...

Fayez Sara
“Şarkul Avsat” qəzeti, 7 iyun 2021-ci il

İranın Yaxın Şərqdəki nüfuzu və varlığı, bölgədəki siyasətləri və Körfəz bölgəsindəki hərbi əməliyyatlarına qarşı ərəblərin marağı və narahatlığı illərdir davam edir. İranın bütün bu fəaliyyətləri təsirli bir güc təsir kimi qəbul edilən 4 ərəb ölkəsində - Livan, Suriya, İraq və Yəməndə cəmlənib.

İranın etdiyi və etməkdə olduğu şeylər nə qədər ciddi olsa da, bu narahatlıq əksər hökumətlərdə və ictimaiyyətdə qətiyyətli, kollektiv və ya ən azından daha geniş qarşı siyasətə çevrilmədi. Əksinə Yəmən və Suriyada atılan addımlar sayəsində bir çox güc İranın bu iki ölkədəki müharibələrini ələ keçirmək və dayandırmaq imkanlarını məhdudlaşdırmağa çalışdı.

Bu, ya İranın bölgədəki hərəkətlərinin mahiyyətini bilməməkdir, ya da ki, müharibələrdən silahlara və nüvə layihəsinə qədər İranın bütün hərbi fəaliyyətinin birbaşa ifadəsi olan Yaxın Şərqdəki siyasətinə edilən daimi etirazlarını dilə gətirən tərəflərin susqunluğu kimi qəbul edilməlidir.

Real vəziyyət İranın bölgədə gördüyü işlərin ən vacib nöqtəsini ortaya qoyur. Bu nöqtə hərbi və mülki addımların qarışığı olsa da, bütün məsələ nəticədə müharibədə bitir. Bunun səbəbi müharibənin ilk növbədə hərbi və mülki hərəkatların qarışığı olması deyil, mülki hərəkatların İranın ərəb dünyasına qarşı apardığı müharibələrin bir hissəsi olması üçün planlaşdırılmasıdır.

İranın bölgədəki ilk müqaviməti birbaşa müharibələrdir və Suriyadakı açıq hərbi varlığı ilə Yəməndəki gizli hərbi gücü bunu sübut edir. Hər iki ölkədə də İran yerli ortaqlarının hədəflərinə çatması üçün mütəşəkkil birliklər və silahlar da daxil olmaqla, bir çox hərbi və təhlükəsizlik vasitələrindən istifadə edir. İranın əlaltısı olduğunu açıq şəkildə deyən “Hizbullah”ın göstərdiyi kimi, İran bu məqsədlərinə yerli vasitəsilərlə həyata keçirəcəyi müharibə yoluyla nail olmağa çalışa bilər.

Bu səbəbdən, “Hizbullah” Suriya başda olmaqla, bir çox ərəb ölkəsindəki münaqişə arenalarında və ocaqlarında İranın bir vəkili olaraq varlığını gücləndirib. Eyni şey İraqdakı cəmiyyəti əlində tutan və cəmiyyətini İranın xidmətinə verməyə çalışan iraqlı şiə milislərinə də aiddir.

Üçüncü nümunə isə Fələstin reallığında ortaya çıxır. İran Fələstinin silahlı təşkilatlarını iki yolla özünə bağlayıb: birincisi, İran, İsrail əleyhinə müqavimət və müxalifət şüarları səsləndirməkdən və Fələstin məsələsini dəstəkləməkdən kənara çıxmayan şifahi mövqeyini qoruyur.

İkincisi, bu təşkilatlara pul, silah və sursat da daxil olmaqla, maliyyə dəstəyi verir, eyni zamanda isə İran və Fələstin tərəflərinin ortaq bir yolda olduğunu göstərən təəssüratını yaradan demaqoji təbliğat kampaniyaları aparır.

İranın Yaxın Şərq bölgəsindəki başqa bir müharibə modeli: “Müsəlman Qardaşları”nın da daxil olduğu siyasi islam təşkilatları, “Əl-Qaidə” və İŞİD-də daxil olmaqla radikal qruplarla əməkdaşlıq kanalları açmaq və onlara təsir göstərməkdir.

Bəzi vaxtlarda “Qardaşlıq” ilə münasibətlərdə olduğu kimi “İslam Birliyi”, “Əl-Qaidə” və digər radikal qruplara qarşı münasibətlərində olduğu kimi maddi-texniki dəstək və liderlərinə etibarlı sığınacaq təmin etmək, Qərbə, İsrailə və düşmənlərə qarşı mübarizə aparmaq adı altında bu qruplarla razılaşmaqdır.

Həqiqətən də İran son onilliklərdə “Əl-Qaidə” rəhbərliyi üçün etibarlı bir sığınacaq oldu. İranın ərəb ölkələrindəki açıq müharibələri təhlükəlidir, lakin bölgədəki gizli müharibələri həm əhatəsinə, həm də səviyyəsinə görə daha təhlükəli görünür. Çünki bütün fəaliyyətləri və səviyyələri əhatə edə bilər. Bu müharibələrin bir qolu kimi iranlılar keçmiş və ya indiki narazılıqları əsas götürərək yerli şiə qruplarını nəzarət altına almağa və milli cəmiyyətdən ayırmağa çalışırlar. Bu müharibənin əhatə dairəsi digər İslam qrupları arasında şiəliyin təbliğinə qədər uzana bilər. Mədəni və ictimai təşkilatlar arasında İranla əlaqəli siyasi və milis təşkilatlarının yaradılması da mümkün ola bilər.

İranın bölgədəki gizli müharibələri, mümkün qədər iqtisadi sahələrə nüfuz etməyi də əhatə edir. Bunu isə bu ölkələrdəki mövqelərinin möhkəmlənməsinə kömək edəcəyini ümid etdiyi yerli strukturlar, qurumlar və aktyorlarla ortaqlıq və ya müstəqil fəaliyyətlər yoluyla həyata keçirir. Hər halda, İran maliyyə və daşınmaz əmlak sahələrini idarə etməyə, ticarət və turizm fəaliyyətlərində mövcud olmağa çalışır.

İranın bütövlükdə ərəb reallığındakı gizli müharibələrinin, bəlkə də, ən təhlükəli tərəfi dövlətin və cəmiyyətin nüfuzlu elitalarına yaxın olmasıdır. Bu şəxslərlə dostluq münasibəti qurmaq, onları özünə bağlamaq, diplomatik və təhlükəsizlik xidmətlərinin əlində bir alətə çevirmək üçün bu fiqurları əhatə edən bütün mümkün şəxsi və ictimai vəziyyətlərdən istifadə etmək də olduqca təhlükəlidir.

Mollaların 1979-cu ildə hakimiyyətə gəlməsi ilə birlikdə çıxan yeni qanunlara əsasən qurulan İranın ərəb ölkələrindəki müharibələri də bu günə qədər artaraq genişləndi. İstər sələflərin, istərsə də xələflərin dövründə İranın Əsəd rejimi ilə olan münasibətlərin gözdən keçirilməsinin Suriyaya qarşı mübarizədən başqa bir şey olmadığı açıq şəkildə görünür. Suriya İranın digər ərəb ölkələrindəki müharibələri üçün bir modeldir, lakin digər ölkələr də bu model ölkələrin və İranla olan münasibətlərin şərtləri tərəfindən idarə olunur.

Ərəblər artıq İranın xüsusilə Məşriq bölgəsində özlərinə qarşı apardığı müharibəyə ciddi şəkildə cavab verməlidirlər. Çünki zaman onların əleyhinə işləyir və iranlı mollalarla toqquşmanın nəticəsi nə qədər gec olsa, durum bir o qədər çətinləşəcək.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar