Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqton Azərbaycan və Ermənistanı sərhədi SSRİ xəritələri əsasında çəkməyə çağırdı

ABŞ dövlət katibinin köməkçisi səlahiyyətlərini icra edən Filip Riker ötən gün Azərbaycana səfərinin yekunlarına və Prezident İlham Əliyevlə danışıqlara dair Bakıda mətbuat konfransı keçirib.

PİA.az “Turan”a istinadən bildirir ki, jurnalistlərlə görüşdə F. Riker Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarda ABŞ üçün Azərbaycan ilə əməkdaşlıqda prioritet əhəmiyyət kəsb edən məsələlər üzrə danışıqlar aparıldığını söyləyib: enerji və iqtisadi əlaqələr, insan hüquqları və əsas azadlıqlar, həmçinin regionda təhlükəsizlik.

Fürsətdən istifadə edərək Dövlət Departamentinin nümayəndəsi öz hökuməti adından ABŞ-ın Azərbaycanla əməkdaşlığının səviyyəsini bir daha vurğulayıb: “Vaşinqton Azərbaycanı strateji tərəfdaşı hesab edir”.

O, Azərbaycandan Avropaya qazın çatdırılmasını və bu qitənin enerji təhlükəsizliyini təmin edən TAP qaz dəhlizinin tikintisinin yekunlaşdırıldığını qeyd edib.

ABŞ Ermənistanla Azərbaycan arasında sərhəddin demarkasiyasına necə kömək edə bilər” sualının cavabında Riker deyib ki, sərhədlərin keçmiş SSRİ çərçivəsində demarkasiyası vacibdir. Bu həm də texniki prosesdir və ABŞ bunda texniki yardım göstərməyə hazırdır.

Filipp Riker bir daha Dövlət katibi Blinken və Prezident Baydenin Vaşinqtonun Ermənistanla Azərbaycan arasında münaqişənin həlli axtarışında Rusiya və Fransa ilə birgə iştirak etmək niyyətində olduğunu bəyan edib.

Bununla yanaşı, diplomat Türkiyənin ABŞ-ın yaxın müttəfiqi olduğunu və iki ölkənin əməkdaşlıq məsələlərinin Bayden və Ərdoğanın qarşıdakı görüşünün diqqət mərkəzində olacağını xüsusi vurğulayıb: “Bizim aramızda fikir ayrılığı var, ancaq biz onları diplomatik yollarla həll edirik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar