Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Nobel Arustamyanın Avro-2020 üçün akkreditasiyasını niyə bloklayıb?

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov virtualaz.org-a  müsahibəsində "Matç TV" telekanalının şərhçisi Nobel Arustamyanın Azərbaycan tərəfindən bloklandığına görə futbol üzrə Avro-2020-yə akkreditasiyadan keçməməsi barədə Rusiya KİV-in yaydığı məlumatı şərh edib.

“Əlbəttə, məsələ barədə məlumatımız var. Vəziyyətə aydınlıq gətirmək üçün ilk növbədə onu qeyd etməliyəm ki, Avro-2020 UEFA-nın bayrağı altında vahid sistem şəklində təşkil olunur. 

Bu, eyni zamanda, UEFA-nın akkreditasiya qeydiyyatı sisteminə də aiddir. Yəni akkreditasiya üçün müraciət etmiş hər hansı şəxslə bağlı Avro-2020-nin oyunlarının keçiriləcəyi 11 şəhərin hər birinin Təşkilat Komitəsi tərəfindən təsdiq cavabı gəldikdən sonra qeydiyyat təsdiqlənir və müraciət edən şəxs akkreditasiyadan keçmiş hesab olunur. Konkret bu situasiyada adı qeyd olunan media nümayəndəsi hər hansı problemə üzləşibsə, ona tövsiyə edərdik ki, bununla əlaqədar UEFA-ya müraciət etsin.

Bir məqamı da qeyd etməliyəm ki, həmin şəxs ötən illər ərzində dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər edib və həmin səfərlər zamanı Azərbaycanın müvafiq strukturlarından icazə almayıb. Ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməklə qanunlarımızı pozub”, - deyə E.Məmmədov vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar