Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hind okeanında plastik tullantılar adası tikiləcək

Alimlər hər gün təxminən 13 milyon ton plastik tullantıların okeanlara axdığını təxmin edib. Plastik butulkalar, qida konteynerləri, qablar, paketlər və digər tullantılar suya birbaşa olaraq qurudan deyil, həm də gəmilərdən tökülür. Hind okeanı bu problemdən xüsusi olaraq zərər görür və bu yaxınlarda Britaniyanın "Margot Krasojevic" memarlıq studiyası suyun zibildən təmizlənməsi üçün olduqca qeyri-adi yol təklif edib.

PİA.az deyerler.org-a istinadən bildirir ki, təşkilat plastik tullantılardan istifadə edərək, insanların əylənə biləcəyi süni ada yaratmaq niyyətindədir. Bu adada təbiətə heç bir şəkildə zərər verməyəcək otel inşa etmək planlaşdırılır. Bütün enerji və hətta su ətraf mühitə uyğun şəkildə istehsal ediləcək. Hər şeydən əvvəl layihənin müəllifləri, bir-birinə bağlanan zibil torbalarından ibarət torpaq sahəsi tikəcək və sonra içərisində turistlərin istirahət etməsi üçün geniş otel tikmək niyyətindədir. Adanın açılması 2025-ci ildə planlaşdırılır. Studiyanın rəsmi saytının verdiyi məlumata əsasən, plastik tullantılar birbaşa Hind okeanının sularından toplanacaq. Ada yaxınlığında üzən butulkalar və digər əşyalar avtomatik olaraq torbalarda toplanacaq, sonra okeanın dibindən bioloji parçalana bilən xüsusi örtük, qum və lil ilə örtüləcək. Torbalar, bir-birilərinə sintetik kauçuk torlarla birləşdiriləcək. Bu material bir səbəbdən seçilmişdir - okean səviyyəsindəki dəyişikliklərə reaksiya göstərir. Səviyyə qalxdıqda, rezin suyu özünə çəkəcək və beləliklə daşqının qarşısını alacaq. Qeyd edək ki, Hind okeanında plastik tullantıların miqdarı durmadan artır və ada bu tullantıların yığılma mərkəzinə çevrilərək, getdikcə genişlənəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar