Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Köçəryan Zəngəzura gəldi və kədərlə Azərbaycan bayrağına baxdı

Seçki kampaniyası dövründə keçmiş prezident və "Hayastan" blokunun lideri Robert Köçəryan Zəngəzuru (erməni versiyası - Sünik bölgəsi) ziyarət edib.

Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Robert Köçəryan Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Üçtərəfli Sazişdə nəzərdə tutulmuş "Zəngəzur Dəhlizi"nin keçəcəyi Meğri bölgəsindəki görüşləri zamanı təxribat xarakterli açıqlama ilə çıxış edib - Şimal-Cənub yolunun dəyişdirilməsi təşəbbüsü və Meğri üzərindən İrana yeni dəmir yolu bağlantısının çəkilməsi. Onun sözlərinə görə, bəzi yerlərdə yol məsələsi həyati məsələyə çevrilib.

Köçəryan kədərlə qeyd edib ki, yaxınlıqdakı Azərbaycan bayraqlarını görməkdən məmnun deyil. Xatırladaq ki, Azərbaycanla Ermənistan arasındakı sərhədin bu hissəsi ayrıldıqdan sonra Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri yeni postlar tutublar.

“Başladığımız Şimal-Cənub yolunun sürətlə cənuba, buraya köçürülməsinin lazım olduğunu başa düşürük. İnşaat mərkəzdən başlanmasına təəssüflənirəm. Düşünürəm ki, Sünikdən başlamalı idi", - Ermənistanın eks-prezidenti əlavə edib.

Köçəryan ayrıca, Şimal-Cənub proqramının bir hissəsini Meğri istiqamətinə mütləq köçürməyə çalışacağını qeyd edib. (Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar