Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda sahələrdən yığılan məhsulun həcmi açıqlanıb - Foto

İyunun 8-dək Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, ümumilikdə 115 min 512 hektar sahədə biçin aparılıb, sahələrdən 337 min 600 ton məhsul yığılıb.

Hazırda taxıl üzrə məhsuldarlıq hər hektara orta hesabla 29,2 sentner təşkil edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu göstərici əsasən arpa biçininin nəticələrinə əsasən formalaşıb:

“Hazırda buğda biçini yalnız Şamaxı, CəlilabadGöyçayda kiçik sahələrdə aparılır. Bugünədək 2 520 hektar sahədə buğda biçilib. 112 min 992 hektar sahədə isə arpa biçini başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,4 sentnerdir, biçinin miqyası genişləndikcə bu rəqəm də artacaq. Arpa biçininin respublika üzrə optimal müddətdə başa çatacağını gözləyirik. İyunun ikinci ongünlüyündə artıq Aran rayonlarında kütləvi buğda biçininə də başlanacaq”.

O əlavə edib ki, Biləsuvar rayonunda bu il 34 845 hektar sahədə payızlıq əkin aparılıb:

“Bu sahələrin 21 000 hektarı arpa əkinləridir. Artıq rayon üzrə arpa sahələrinin 10 900 hektarında biçin başa çatıb. Orta məhsuldarlıq 30,8 sentnerdir, biçin davam etdikcə bu göstərici yüksələcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar