Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maral Nazaryan: "Dedi ki, Qarabağa xaricdən gələn muzdluların hamısı öldü, mən qaçdım"

"Eulcekcian Viken Abraham qardaşımın dostu idi. Onunla ərimdən boşanandan sonra münasibət qurduq. Bir neçə dəfə Ermənistana gəlib, qayıtmışıq. Sonuncu dəfə 2020-ci ilin əvvəlində gəldik. Pandemiya səbəbindən uşaqlarımı Livana göndərdim. Daha bir müddət sonra isə özüm qayıtdım. Müharibə başlamazdan bir müddət əvvəl Eulcekcian Viken Abrahamın yanına qayıtdım".

PİA.az-ın xəbərinə görə, bu sözləri Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclasında şahid qismində tanınan, hazırda Livanda olan Maral Nazaryan deyib.

Maral Nazaryanın istintaq zamanı qeyd edib ki, sentyabrda müharibə başlayan zaman Eulcekcian Viken Abraham Livandan tanıdığı bəzi şəxslərlə əlaqəyə girib:

"Biz birlikdə Şuşaya gəldik. Həmin vaxt o, Hovak adlı Livan vətəndaşı ilə telefonla danışdı. Hovak ona təklif elədi ki, müharibədə döyüşmək üçün ayda 2000-2500 dollar verirlər. Bundan əlavə maaş da verəcəklər. Viken onunla razılaşdı. Mən ona etiraz etdim ki, sən Ermənistan vətəndaşı deyilsən və bu gələcəkdə bizə problem yaradacaq. Lakin o, məni saymadı və döyüşlərə getdi. Mənlə telefonla danışanda deyirdi ki, Xocavənd istiqamətindədir, müasir silahlarla, geyimlə təmin ediblər. 3-4 gündən sonra qayıtdı və bildirdi ki, azərbaycanlılar çox güclüdür, xaricdən gələn muzdluların hamısı öldü, mən qaçdım. Biz daha sonra Laçına gəldik. Noyabrın 10-da eşitdik ki, müharibə qurtarıb. Biz Şuşadakı oteldən əşyalarımızı götürməyə gələndə Azərbaycan hərbçiləri bizi əsir götürdü. Vikenin telefonunda döyüşdüyü şəkilləri görüb onu saxladılar".

Qeyd edək ki, bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 20 il azadlıqdan məhrum edilməsini cəzası istəyib. Məhkəmənin növbəti prosesi iyunun 11-nə təyin edilib.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar