Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saxta əlilliyin yaratdığı bataqlıq... - Günahkar kimdir, vətəndaş, yoxsa məmur?..

Görünən odur ki, “müharibə əlili”nin həkim-ekspert qadını döyməsi kimi hadisələr və bundan ağırı da hələ çox baş verəcək. Bəs vəziyyətin bu yerə çatmasında əsl günahkar kimdir?..

Sosioloq: “Müharibə vaxtı bazarda alver edən, Rusiyada narkotik satan… kim varsa, hamısı müharibə əlili olub. Halbuki, o vaxt cəbhədə döyüşməyə adam tapılmırdı”.

“Bu aşkar korrupsiya cinayətidir, dövlət büdcəsinin talanması faktıdır. Məhz belə hallar əsl müharibə əlillərinin kənarda qalmasına və ya daha az müavinət almasına səbəb olub”.

Bu sözləri sosioloq Elçin Bayramlı saxta əlilliklərlə bağlı son günlərdə yaşanan hadisələri və səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib ki, saxta əlilliyi ifşa olunan “müharibə əlili”nin həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib.

Bildirilib ki, əyani müayinə zamanı müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilən Bərdə rayon sakini Mustafayev Şamil Hümbət oğlunun müayinəni həyata keçirən komissiyanın üzvü həkim-ekspert qadını döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib.

Son günlər saxta əlliliklərin aşkarlanması ilə bağlı buna bənzər hadisələr çox olur. Görünən odur ki, belə hadisələr və bundan ağırı da baş verəcək. Bəs vəziyyətin bu yerə çatmasında əsl günahkar kimdir? Həmçinin indi saxta əlillik düzəldən məmurların deyil həkim-ekspertlərin bu problemdə önə verilməsi və əziyyət çəkmələri nə qədər ədalətlidir?

Mövzunu PİA.az-ın əməkdaşı “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Həkim-ekspert qadını döyən şəxs bu əməlinə görə müvafiq qaydada cəzalandırılmalıdır. Qanunsuzluq etməyi bəs deyil, üstəlik adam döymək nə deməkdir?”.

Belə cinayətkarların ifşası və sərt cəzalandırılması bu cür əməlləri etmək istəyən vəzifəli şəxsləri, sadə vətəndaşları bundan çəkindirəcəyini düşünən sosioloq bildirib ki, korrupsiyaya qarşı mübarizə üçün bu çox vacibdir:

“Bu problem çoxdan var və burada əsas günahkarlar saxta sənədləri, arayışları verən, təsdiqləyən vəzifəli şəxslərdir ki, ilk növbədə onlar aşkar olunub sərt cəzalandırılmalıdır. İkinci növbədə isə bu saxta arayış və sənədləri alan şəxslər aşkar olunmalı və onlardan indiyədək bütün aldıqları məbləğin geri qaytarılması təmin edilməlidir. Bu aşkar korrupsiya cinayətidir, dövlət büdcəsinin talanması faktıdır. Məhz belə hallar əsl müharibə əlillərinin kənarda qalmasına və ya daha az müavinət almasına səbəb olub.

İndiyədək yüz milyonlarla dövlət vəsaiti bu müftəxor dələduzların cibinə gedib. Halbuki, o pullar həqiqi müharibə əlillərinə verilə bilərdi. Yəni, azı onlar indi aldıqlarından 2 dəfə çox müavinət ala bilərdilər. Obrazlı desək, haqlının haqqını haqsızlar “yeyib”.

Elçin Bayramlı: “İndi ölkə yüz minlərlə “keçmiş döyüşçü veteran”, “müharibə əlili” ilə dolub. Hardan çıxdı bunlar? Bu qədər döyüşçümüz var idisə, adi döyüşləri necə uduzduq?”.

Həkim-ekspert qadını döyən şəxs bu əməlinə görə müvafiq qaydada cəzalandırılmalıdır. Qanunsuzluq etməyi bəs deyil, üstəlik adam döymək nə deməkdir? Əminəm ki, belə halların sayı on minlərlədir. Müharibə vaxtı bazarda alver edən, Rusiyada narkotik satan… kim varsa, hamısı müharibə əlili olub. Halbuki, o vaxt cəbhədə döyüşməyə adam tapılmırdı. Batalyonların heyətinin üçdə biri yox idi ortalıqda. İndi ölkə yüz minlərlə “keçmiş döyüşçü veteran”, “müharibə əlili” ilə dolub. Hardan çıxdı bunlar? Bu qədər döyüşçümüz var idisə, adi döyüşləri necə uduzduq?

Gec-tez haqq öz yerini tapmalı idi. Belə cinayətkarların ifşası və sərt cəzalandırılması bu cür əməlləri etmək istəyən vəzifəli şəxsləri, sadə vətəndaşları bundan çəkindirə bilər. Korrupsiyaya qarşı mübarizə üçün bu çox vacibdir. Bütün problemlərin köklü cəzasızlıq mühitindədir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar