Cümə axşamı, 05 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiya internet-resurslarında feyk: Qarabağda “Tor-M2KM” “Bayraktar”ı yox, əslində “kukruznik”i vurur

44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun pilotsuz uçan aparatların geniş çeşidindən istifadə etməklə həm düşmənin canlı qüvvəsini və texnikasını, həm hava hücumundan müdafiə sistemlərini necə məhv etdiyi aylardır dünya mediasının, o cümlədən Rusiya KİV-lərinin gündəmindən düşmür.

Xüsusən də ona görə ki, Azərbaycan pilotsuz aparatlarının, o cümlədən “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin məhv etdiyi silahlar, hava hücumundan müdafiə sistemləri, o cümlədən S-300 zenit-raket kompleksləri Rusiya istehsalı idi. Nəticədə bu müharibə dünya miqyasında Rusiya silahlarının effektivliyi barədə polemikalara səbəb olub, öz növbəsində Rusiya ekspertləri Qarabağda ermənilərin rus silahlarını ya düzgün istifadə etmədiyini təbliğ edirlər, ya da əslində rus silahlarının “Bayraktar”lara qarşı effektivliyi haqda danışırlar.

Virtualaz.org xəbər verir ki, bu günlərdə Rusiya internet-resurslarında Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun “Tor-M2KM” zenit-raket kompleksinin “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsini “vurması” barədə videokadrlar yerləşdirilib. Lakin jurnalistlər həmin kadrlarda hədəfin əslində Azərbaycan Dövlət Sərhəd Xidmətinin düşmənin hava hücumundan müdafiə sistemlərinin mövqe rayonlarını aşkara çıxarmaq üçün “tələ” qismində istifadə etdiyi, pilotsuz təyyarəyə çevrilmiş AN-2 (“kukruznik”) olduğundan şübhələniblər.

Detalları dəqiqləşdirmək üçün Ukraynanın “Defence Express” portalı Türkiyənin “Baykar Defence” şirkətinə müraciət edib. Şirkətin mütəxəssisləri kadrları analiz ediblər və jurnalistlərin şübhəsini təsdiqləyiblər. Bildiriblər ki, həmin kadrlarda uzaqdan idarə olunan AN-2 təyyarəsi təsvir olunub. Sayt xatırladır ki, müharibə ərzində Qarabağda “Bayraktar”lar və digər dronlar 976 hədəfi, o cümlədən 31 hava hücumundan müdafiə sistemini, 7 S-300PS zenit-raket kompleksini, 16 “Osa” kompleksini, bir neçə “Tor-M2” kompleksini və digər silahları məhv edib.

Qeyd olunur ki, bu yaxınlarda Rusiya təbliğatçıları “Lanset” kamikadze-dronunun “Bayraktar”lara “heç bir şans buraxmadığını” bildirirdilər. “Lanset” Rusiyada seriya istehsalı təzəcə başlayan, hava hədəflərinə qarşı nəzərdə tutan kamikadze-drondur. Lakin mütəxəssislər qeyd edirlər ki, “Lanset”in kreyser sürəti maksimum 110 kilometr/saatdır, “Bayraktar”lar isə saatda 150 kilometr sürətlə uçur. Nəticədə “Lanset” sadəcə olaraq “Bayraktar”a çata bilməz.

pia.az

 

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Qüdrət Qurbanov və Həbib Həsənov da yola salınır - Bu vəzifəlilər onları əvəzlədi

İdarə rəisi anasının yasına gəlməyənləri işdən çıxarır? – Şok iddia

Daha bir deputat karantin qaydalarını kobud şəkildə pozdu - Qızına 300 nəfərlik toy edən Novruzəli Aslanov cəzalanacaqmı?

Eldəniz Səlimovun həbsi atasından gizlədilir - Müəmma

Bu il Məhərrəm ayında yeniliklə üzləşəcəyik - Toy olacaq

Azərbaycan mətbuatının daha bir ayıbı - Türkiyədəki media təmsilçilərimiz nə işlə məşğuldurlar?

Arayik Sərsəng və Suqovuşanda SES tikmək istəyir: Bakı niyə susur?

Etibar Məmmədov: "Eldəniz Səlimov Milli Məclisdə özünü elə tərbiyəli aparırdı ki.."

Həbs edilən deputat vergi işçisini də döyübmüş

“Xankəndini tərk edirsən və dəli olursan, hər yerdə Azərbaycan bayraqlarıdır”

“Eldəniz Səlimovun o maddə ilə həbsi qanunsuzdur” - Tanınmış vəkil

Ən çox oxunanalar