Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Millətin içində qanı qarışıq olanlar var" - Aqil Abbas

Xaricdə yaşayan bir qrup azərbaycanlı jurnalist Kəlbəcərdə minaya düşən jurnalistlər - Sirac Abışov və Məhərrəm İbrahimovun şəhid olması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Müraciətdə təəssüflə qeyd edilir ki, bir çox hallarda jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları, jurnalist birlikləri baş verən cinayət faktları ilə bağlı heç bir reaksiya vermir, susmaqda davam edirlər.

“Biz xaricdə yaşayan azərbaycanlı jurnalistlər olaraq, BMT, Avropa Şurası da daxil olmaqla, beynəlxalq təşkilatlara, o cümlədən, ”Amnesty International" və “Human Rights Watch” insan haqları qruplarına müraciət edərək bildiririk ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi və 44 günlük müharibə nəticəsində azad olunmuş Azərbaycan ərazilərinin mina xəritələrini verməməklə və hazırda da gizli yollarla ölkə ərazisinə daxil olaraq minalanma prosesi aparmaqla humanitar norma və prinsipləri kobudcasına pozur, beynəlxalq insan haqlarını ayaqlar altına atır", - deyə xaricdəki həmkarlarımız qeyd edirlər.

Bəyanata imza atanlar sırasında Türkiyə Haber Global-dan Məmməd Gülməmmədov, Türkiyə Türkmedia Grup-dan Sevil Nuriyeva, Türkiyədə olan müstəqil jurnalistlərdən - İlhamə Qasımlı, Məhsəti Şərif, Könül Şamilqızı, Nigar Ögeday, «Niderland connect» təşkilatının rəhbəri, jurnalist Vüqar Abbasov, Xatirə Sərdarqızı, Almaniyadan müstəqil jurnalistlər Tünzalə Rafiqqızı, Fərahim Qasımov, İspaniyadan Vahid İmanov, Rusiyadan Səadət Kadırova, Şəhriyar İmanbəyli, Xəyal Tağıyev, Nilufər Şıxlı, Qazaxıstandan Ramiz Məşədihəsənli, Norveç İctimai Teleradio Şirkətindən İdrak Abbasov, Polşadan Hicran Əliyeva, İsveçdən Vahid Qazi və digər ölkələrdən həmkarlarımız beynəlxalq aləmə etirazlarını bildiriblər.

Amma bu siyahıda Avropadakı müxalif jurnalistlər, hakimiyyəti sərt şəkildə tənqid edən yazarlar, “yutub blogerləri”nin adları yoxdur. Halbuki iqtidara “od püskürən” mühacirətdəki tənqidçi jurnalistlər, hətta söyüşcül blogerlər bir dəfə də olsun erməni cinayətinə və bunu sükutla qarşılayan Qərb təşkilatlarına adekvat reaksiya verməliydilər. Eyni zamanda Avropa ölkələrində yerləşən Ermənistan səfirlikləri önündə piket keçirmək olardı. Bundan başqa, Avropada kifayət qədər müxalifət partiyalarının üzvləri yaşayır. AXCP, Müsavat, ADP və digər siyasi təşkilatlardan mühacirlər jurnalistlərin minaya düşməsinə susan beynəlxalq qurumlara etiraz etməliydilər.

Hətta Azərbaycana heç də yaxşı münasibəti olmayan, ermənipərəst Fransada senator Natali Qule mina partlayışı zamanı həlak olmuş jurnalistlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, beynəlxalq birlik ərazilərin minalardan təmizlənməsində Azərbaycana yardım etməli, ədalətli və tarazlaşdırılmış bir yanaşma ilə sülh prosesinə dəstək verməlidir. O, avropalı həmkarlarını seçkilər xatirinə erməni lobbisini dəstəkləmək əvəzinə Azərbaycana səfər etməyə çağırıb.

Yazıçı-deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, xaricdəki həmin blogerlərdən heç nə gözləməyin: “Onlar elə bil ermənidirlər. Hələ biri müsahibəsində deyir ki, ermənilər sülh istəyir, Azərbaycan isə müharibə aparır. İnsan nə olmalıdır ki, bunu deməlidir? Mən bilirəm ki, pul çox şeydir, amma hər şey deyil. Qranta görə nələr edirlər. Bu, çox ağır məsələdir. Millətin içində qanı qarışıq olanlar var. Özü də belələri jurnalist deyillər, yutubda kanal açıblar, Azərbaycanı söyürlər, milli- etnik zəmində dava salmağa, dini ayrı-seçkilik yaratmağa çalışırlar ki, buna görə pul alsınlar. Onların Aşotdan fərqi yoxdur”.

A.Abbas qeyd etdi ki, həmin adamlardan nəsə gözləməyimiz sadəlövhlük olardı: “Beynəlxalq təşkilatlar da uzaqbaşı başsağlığı verər. Necə ki, Rusiya bu hadisəni ”zərərgörmüş" adlandırır. Nə zərərgörmüş, faktiki diversiyanın terrorudur. Ona görə onlardan heç nə ummayaq. Çalışaq ki, Türkiyə və Azərbaycan diasporları birgə addım atsınlar.

Eyni zamanda Qərb təşkilatlarından da heç nə gözləməyə dəyməz. Amma biz danışmalıyıq, sözümüzü deməliyik. Onlar eşidənə qədər sözümüzü deyəcəyik, təpələrinə yumruq qoymuşuq, çünki güclə hesablaşırlar, yenə başlarını əzəcəyik".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar