Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda iki hərbçiyə vətənə xəyanət ittihamı irəli sürüldü

Ermənistan təhlükəsizlik orqanı bir müddət əvvəl “qəhrəmanlığa görə” medali ilə təltif edilmiş 2 erməni hərbçisini “Azərbaycana işləmək” ittihamı ilə həbs edib.

“Sputnik Armenia” xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycanın xeyrinə xəyanət və casusluq edən iki erməni hərbçisini ifşa edib.

Xidmətdən verilən məlumata görə, əvvəllər "Qüsursuz xidmətə görə" və "Döyüşlərdə iştiraka görə" medalları ilə təltif olunan keçmiş əsgər, dostu ilə birlikdə Türkiyəyədə olarkən “müəyyən bir ödəniş müqabilində” müvafiq məlumatların ötürülməsi təklifini alıb və buna razılaşıb. Bundan sonra “mühüm hərbi məlumatlar” Azərbaycan tərəfinə ötürülüb.

MTX, həmçinin, müharibə zamanı şəxslərdən birinin dəstə komandiri olaraq Hadrutdakı döyüş sahəsinə gedərək məlumatlar topladığını və oktyabrın sonuna qədər düşmənə göndərməyə davam etdiyini açıqlayaraq, faktiki olaraq biabırçı Hadrut məğlubiyyətinin günahını bir əsgərin üzərinə “yükləyib”. “Bu məlumatlar sayəsində Ermənistanın xüsusi strateji əhəmiyyətə malik silah və hərbi texnikasının yerləri təyin edilib, onların hədəfə zərbə endirə bilməməsinə, ordu birləşmələrinin, hərbi texnikanın və canlı qüvvənin sıradan çıxarılmasına, nəticədə, erməni silahlı qüvvələrinin döyüş effektivliyinin əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb olub. Bütün bunlar, düşmən qoşunlarının (Azərbaycan) cənub istiqamətindəki müdafiə xəttinə keçərək, Dağlıq Qarabağa doğru irəliləməsi üçün əlverişli şərait yaradıb”, - məlumatda bildirilir.

Qrupun ikinci üzvü isə, Ermənistan MTX-nın iddiasına görə, arxa cəbhədən məlumatlar toplayıb, arxa eşalonda yerləşən zenit-raket sistemlərindən birinin yeri barədə dəqiq məlumat ötürüb və onu dronların hədəfinə çevirməklə, məhvinə şərait yaradıb.

MTX bu şəxslərin təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edildiklərini, eyni zamanda artıq etirafedici ifadələr verdiklərini bildirib.

Göründüyü kimi, Ermənistan xüsusi xidməti bir sıra böyük hərbi uğursuzluqların, o cümlədən Hadrut məğlubiyyətinin məsuliyyətini 2 sıravi əsgərin boynuna qoyub. Şübhəsiz ki, MTX-nın bu “uğuru” qarşıdan gələn parlament seçkilərinə hesablanıb.(azpolitika)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar