Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada bu dəfə Fazil Balayevi güllələyənə yumşaq cəza verdilər

Rusiyada daha bir azərbaycanlının güllələnərək öldürülməsi işi təqsirləndirilən şəxsə yüngül cəza verilməsinə görə ictimai müzakirələrə səbəb olub.

Bu günlərdə Moskva ətrafındakı İvanovo şəhərinin məhkəməsi 35 yaşlı biznesmen Anatoli Qrudistovu Fazil Balayevin öldürülməsində təqsirli bilərək ona cəzasını ümumi rejimli həbsxanada çəkməklə 8 il həbs cəzası verib. Balayevin atası bu cəzanı “həddən artıq yumşaq” hesab edir və deyir ki, bəzilərinin Qrudistovu qəhrəman kimi təqdim etməyə çalışmasını anlamır.

Anatoli Qrudistov

Bu hadisə 2019-cu il iyulun 28-də baş verib. İvanovo sakini Kristina öz tanışına zəng vurub şikayətlənib ki, “Rokko” gecə barının qarşısında sərxoş şəxs ona sataşır. Həmin adam əvvəlcə israrla onunla tanış olmağa çalışıb, rədd cavabı alanda isə qıza bir neçə sillə vurub.

“Kristina çox qorxmuşdu və məndən təcili gəlməyimi xahiş etdi. Mən yolda Tolikə zəng vurdum, gecə olsa da tərəddüd etmədən köməyə razılıq verdi”,-iş üzrə şahid Andrey Savinov “RİA Novosti” agentliyinə deyir.

Andrey Savinov

Sonrakı hadisələri isə videomüşahidə kameraları qeydə alıb. Kadrlara əsasən Andreylə Anatolu gecə barının qarşısında dayananlara tərəf gedir, orada Kristinaya sataşan azərbaycanlını axtarır və dava başlayır. Fazil Balayev yıxılır, onun tanışları Qrudistova yumruq atırlar. Mühafizəçilər işə qarışır, dava dayanır. Bir neçə dəqiqə ərzində Qrudistov və Savinov opponentləri ilə qızğın mübahisə edir, sonra kimsə sağdan gəlir və Anatolinin sifətindən vurur. Cavab olaraq o, cibindən travmatik tapançanı (silah leqal olub) çıxarır, amma onun opponentləri geri çəkilmir. Onlardan, yəni Fazil Balayevlə birlikdə olan azərbaycanlılardan bir neçəsi Qrudistova hücum çəkir, bu vaxt atəş açılır və Fazil yerə yıxılır. Dostları ona kömək etməyə çalışanda Anatoli qaçır.

Andrey deyir ki, Anatoli atəş açandan sonra azərbaycanlılar onun üstünə hücum çəkiblər. “Mən qaçmağa çalışdım, yaxınlıqdakı fontana atılıb orada gizləndim. Sonradan məni təsadüfən yolu keçənlər tapıb xəstəxanaya apardı. Məlum oldu ki, tullananda hər iki ayağım sınıb. Dörd ay ayağa qalxa bilmədim, bir neçə əməliyyat keçirdim”,-o deyir.

Fazil Balayev isə təcili yardım gələnə qədər keçinib. Rezin güllə onun gözündən dəyib. “Fazil Azərbaycandan mənim yanıma hadisədən cəmi iki ay əvvəl gəlmişdi. Həmin gün səhər onun dostları zəng vurdular və xəbər verdilər ki, oğlunu öldürüblər. Onların dediyinə görə, qız birinci Fazili vurub, üstəlik köməyə adam çağırıb. Onun tanışı heç danışmağa da cəhd etməyib, dərhal davaya girişib, hərçənd həmin an oğlum heç kimi təhdid etmirdi. Hesab edirəm ki, münaqişəni dinc yolla, atəş açmadan yoluna qoymaq olardı”,-Fazilin atası deyir.

Hadisə ilə bağlı “qətl” maddəsi ilə cinayət işi qaldırılıb, Qrudistov federal axtarışa verilib. O, 9 gün sonra könüllü təslim olub. Dindirmədə deyib ki, öldürmək istəmirdi və sadəcə olaraq qəzəbli kütləni tapança ilə qorxutmağa çalışırdı. Atəş isə qeyri-ixtiyari açılıb, çünki Balayev onun əlindən tutub burmaq istəyib.

İstintaq Komitəsi, prokurorluq hadisənin qətl olmasında israr etsələr də 2020-ci ilin yayında məhkəmə Qrudistovu ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə təqsirli bilib. Barəsində azadlığın il yarım məhdudlaşdırılması qərarı çıxarılıb və sərbəst buraxılıb. İki ay sonra qarşı tərəfin vəkilləri hökmün dəyişdirilməsinə nail olublar və iş təkrar istintaqa göndərilib. Bu günlərdə isə artıq başqa məhkəmə heyəti Qrudistovu adam öldürməkdə təqsirli bilib, amma yüngülləşdirici hallar olduğunu nəzərə alaraq ona 8 il həbs cəzası verib.

“Mən bu hökmü həddən artıq yumşaq hesab edirəm və şikayət vermişəm. Ev heyvanını öldürməyə görə bundan çox cəza verirlər, burada isə qəsdən adam öldürmədən söhbət gedir, 15 ilə qədər həbs nəzərdə tutulur. Mənə qətiyyən aydın deyil ki, nəyə görə bəzi adamlar Qrudistovu az qala qəhrəman kimi təqdim etməyə çalışırlar”,-Fazil Balayevin atası bildirir.

Eləcə də Qrudistovun vəkili hökmlə razı deyil və hadisənin təsadüfən baş verdiyini, Fazilin tapançanı Anatolinin əlindən almağa çalışdığı vaxt atəş açıldığını deyir.

“İkincisi, Fazil ölkədə qeyri-leqal qalırdı. Yaşayış icazəsi isə ala bilməzdi, çünki hər dəfə qanında sintetik narkotikin izləri aşkarlanırdı. Davanın özünə gəldikdə isə hətta videokadrlardan görünür ki, Qrudistova kütlə hücum edir və o, özünü müdafiə etməyə çalışır”,-vəkil Oleq Bibik bildirib.

Qeyd edək ki, bu günlərdə Novosibirsikdə yol patrul polisinin əməkdaşı qayda pozan 19 yaşlı azərbaycanlını tabel silahı ilə vurub öldürüb. Polis əvvəlcə həbs olunsa da Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin işə qarışıb və o, azadlığa buraxılıb.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar