Masallı rayon sakini, Vətən Müharibəsi qazisi Zeynal Şahhüseyinov Fizuli oğlu müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.
Yeniavaz.com xəbər verir ki, Şahhüseynov Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşüb və ağır yaralanıb.
Əsgər Şahhüseynov yaralandıqdan sonra döyüş zonasından çıxarılaraq Bakı Şəhər Hərbi Hospitala aparılıb.
Hərbi hospitaldan təxris olunduqdan sonra ev şəraitində müalicə alan qazi nitq və eşitmə qabliyyətini itirmişdi.
Məlumata görə, qazi ötən gün günorta saatlarında komaya düşüb.
pia.az