Gürcüstanda son sutkada daha 307 nəfərə koronavirus diaqnozu qoyulub, 24 pasiyent vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19 infeksiyasına 349 405 nəfər yoluxub, onların 4 934-ü dünyasını dəyişib.
Ötən 24 saat ərzində xəstəlikdən 1 014, ümumilikdə 334 519 nəfər sağalıb.
pia.az