Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eynşteynin casus məşuqəsi – dahi fizik ABŞ-ın nüvə sirlərini sevgisinə qurban verib

İki nəhəng şəxsiyyət arasında heç bir qadın bu cür oyun oynaya bilməzdi. Dahi fizik Albert Eynşteynin məşuqəsinə çevrilmək, dünya şöhrətli heykəltəraş Sergey Konenkovun həyat yoldaşı olmaq, bu statuslarda münasibətləri tənzimləmək və Moskvanın məxfi tapşırıqlarını yerinə yetirmək ona heç də asan başa gəlməyib. Bütün bu çətinliklərə baxmayaraq Marqarita Konenkova üzərinə düşən missiyanı yerinə yetirməyi bacarıb.

1895-ci ildə Udmurtiyanın Sarapul şəhərində anadan olan Marqarita Konenkova (qız soyadı Vorontsova) gimnaziyanı bitirdikdən sonra təhsilini Moskvada Ali Qadın Hüquq Məktəbində davam etdirib. O, gənc yaşlarından ölkənin yaradıcı insanları arasında özünə yer tapıb, tanınmış yazıçılar, bəstəkarlar, rəssamlarla yaxın dostluq münasibətləri yaradıb, onların bütün tədbirlərində Marqarita Konenkova ən sevimli qonaq qismində iştirak edib. Cazibədarlığı, xoş münasibəti, intellekti ilə fərqlənən gənc xanıma bir çox tanınmışlar evlilik təklifi edib. Marqarita Konenkova isə bu təkliflərin içərisindən dünya şöhrətli heykəltəraş Sergey Konenkovu seçib.

Valideynləri bu seçimlə razılaşmayıblar, heykəltəraşın Marqaritadan 22 yaş böyük olmasına görə onlar bu evliliyə razılıq verməyiblər. Buna baxmayaraq, Marqarita öz seçimindən dönməyib və onlar 1922-ci ildə ailə həyatı qurublar.

1923-cü ildə Konenkovlar ailəsi Nyu-Yorkda təşkil olunan sovet incəsənət sərgisində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına yollanıblar. Əslində səfərin rəsmi adı  sərgi olub, qeyri-rəsmi isə Marqarita Konenkovanın ABŞ-da agent kimi fəaliyyət göstərməsi nəzərdə tutulub.

Beləliklə, 3 aylıq ABŞ-a səfər edən cütlük yalnız 22 ildən sonra SSRİ-yə qayıdıb.

Marqarita Konenkovanın Amerikadakı fəaliyyəti ilə bağlı sənədlərin yarıdan çoxu bu günə kimi də “məxfi” qrif altında saxlanılır. Bu illər ərzində o, böyük peşəkarlıqla SSRİ-nin xüsusi xidmət orqanlarına xidmət edib.

Onun qarşısına qoyulan ən çətin və mürəkkəb tapşırıq ABŞ-ın atom layihəsi ilə bağlı məlumatları toplamaq olub. Bu məqsədlə Marqarita Konenkovaya Albert Eynşteynlə münasibət yaratmaq tapşırığı verilib. Bu missiyanın yerinə yetirilməsində ona həyat yoldaşı yardımçı olub. Belə ki, 1935-ci ildə Eynşteynin işlədiyi Prinston Universiteti Sergey Konenkova dahi fizikin büstünü hazırlamaq sifarişini verib. Eynşteyn saatlarla heykəltəraşın qarşısında oturmaq məcburiyyətində qalıb. Artıq iki gündən sonra Eynşteyn bu üzücü “prosedur”dan bezdiyini bildirib. Üçüncü gün isə hər şey dəyişib. Həyat yoldaşının emalatxanasına gələn Marqarita Konenkova Eynşteynin ağlını başından alıb və elə həmin gündən sonra da dahi fizik emalatxanaya planlaşdırılmış vaxtdan bir neçə saat əvvəl gəlib. Münasibətlər günü-gündən daha da yaxınlaşıb. Eynşteyn ağlına da gətirməyib ki, Marqarita Konenkovanın bu münasibətlərdə tamam başqa bir məqsədi var.  Amma məqsəd öz yerində, Marqarita Konenkova da Eynşteynə ürəkdən bağlanıb, onu sevib.

Eynşteyn Marqarita Konenkovanı bütün tədbirlərinə dəvət edib, onu öz həmkarları ilə, atom layihəsində iştirak edən alimlərlə də tanış edib. Bununla da cazibədar qadın agent zaman-zaman ABŞ-ın atom layihəsi haqqında SSRİ üçün lazım olan informasiyaları əldə edə bilib.

Bəzi araşdırmaçıların qənaətinə görə Eynşteyn Amerikanın atom sirlərini könüllü olaraq Konenkovaya açıb. Nüvə silahına sahib olan ABŞ-ın planetdə mütləq hakimliyi, hegemonluğu  Eynşteyni ciddi narahat edib və o belə düşünüb ki, Amerikanı “susdurmağa” qadir olan ikinci bir dövlət olmalıdır.

Konenkovlar cütlüyü 1945-ci ildə geri, SSRİ-yə çağırılıb. Marqarita Kenonkovanın 22 il ərzində agent kimi xidmətləri açıqlanmayıb. Onların Moskvada qarşılanması isə Marqarita Kenonkovanın fəaliyyətinin hansı səviyyədə olması haqqında təsəvvür yaradıb. Belə ki, ailəyə Moskvanın mərkəzində 4 otaqlı mənzil, Tver küçəsində Sergey Kenonkov üçün böyük emalatxana və şəxsi avtomobil hədiyyə edilib. Sonralar məlum olub ki, İosif Stalin və Lavrenti Beriya Marqarita Konenkovanın xidmətlərini yüksək qiymətləndiriblər.

1990-cı illərin sonlarında isə Marqarita Konenkovanın təkcə agent yox, həm də Eynşteynin məşuqəsi olduğu da üzə çıxıb. Eynşteynin Marqaritaya yazdığı məktublar hərraca çıxarılanda həmin məktubların mətnləri kütləvi informasiya vasitələrində tirajlanıb. Dahi fizik bu məktublarda sevgi etiraflarını ifadə edib və Marqarita Konenkovaya ALMAR deyə müraciət edib -   Albert və Marqarita...

1955-ci ildə Albert Eynşteyn, 1971-ci ildə isə Sergey Konenkov vəfat etdikdən sonra Marqarita Konenkovanın ağır illəri başlanıb. Uzun illər sovet kəşfiyyatına işləyən agent unudulub. Dahi fizikin məşuqəsi, dünya şöhrətli heykəltəraşın həyat yoldaşı 1980-ci ildə baxımsızlıqdan və imkansızlıqdan vəfat edib. Vəfatından sonra Marqarita Konenkovanın şəxsi arxivi Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən məhv edilib.

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar