Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bankların çoxu “çabalayır”, Rüstəmovun bankı isə “uçur”... - 

Xarici tərəfdaşların “Bank Respublika”nı seçməsi nəylə bağlıdır?..

Bir neçə gün əvvəl ölkənin ən böyük kommersiya banklarından biri olan Bank Respublika və Hollandiya Sahibkarlığın İnkişafı Bankı(FMO) arasında yeni kredit müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Banka 10 milyon ABŞ dolları məbləğində kredit ayrılacaq. Bu, ilk belə müqavilə deyil və sözügedən bank xarici bank strukturlarının ən çox diqqət ayırdığı və kreditlər verdiyi banklardan biridir ki, bunu da təsadüfi saymaq olmaz...

Ümumiyyətlə, son illərdə “Bank Respublika”nın maliyyə göstəriciləri pandemiyaya, iqtisadi durğunluğa və daralmaya rəğmən, yaxşılaşmaqda davam edir. 2021-ci ilin 1-ci rübündə bank öz aktivlərini daha da artırıb, bankın mənfəəti də yüksəlib. “Bank Respublika”nın təkcə qiymətli kağızlara yatırılmış investisiyaları banka əlavə 1 milyon 29 min manat qazandırıb. Cari ilin birinci rübü ərzində bankın xalis gəlirləri 11 milyon 297 min manat, xalis mənfəəti isə 2 milyon 877 min manat olub.

Son 3 ayda «Bank Respublika»nın aktivləri sürətli artım nümayiş etdirərək 78 milyon manata yaxın artıb və 1 milyard 111 milyon manata yüksəlib, kredit portfeli bütün istiqamətlərdə böyüyüb və sair. Həmçinin, bir müddət əvvəl səhmdarlar bankın nizamnamə kapitalını 10 mln. manat artırmaq haqqında razılığa gəliblər. Bütün bu göstəricilər ölkənin digər “çabalayan” banklarına nəzər saldıqda, olduqca böyük sıçrayışdır.

Bir sözlə, bankın bütün rəsmi göstəriciləri onu deməyə əsas verir ki, “Bank Respublika” əksər banklardan fərqli olaraq, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, yüksək gəlirlər təmin etməkdə, uğurla fəaliyyət göstərməkdədir.

Təbii ki, isytənilən bankın uğurlu fəaliyyəti ümumilikdə bank sektoru üçün müsbət haldır və təqdirəlayiqdir. Ancaq nə yazıq ki, Azərbaycanda bu cür uğurlar heç də təsadüfən, hansısa məmur-oliqarxın dəstəyi, “krışalığı”olmadan əldə edilmir. Bu, “Bank Respublika”ya da aiddir.

Rəsmən Bank Respublika”-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov sayılsa da, sözügedən bank istər cəmiyyətdə, istərsə də bank sektorunda Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun bankı kimi tanınır.

“Bank Respublika”nın xarici banklara, maliyyə qurumlarına, Mərkəzi Banka, eləcə də dövlət qurumlarına çıxışı, bir sözlə, əlverişli şərtlər əldə edə bilməsi də məhz Elman Rüstəmov faktoru ilə əlaqələndirilir. Bunun nəticəsidir ki, sözügedən bank bir sıra göstəricilərinə görə, ölkənin aparıcı beş bankı sırasında qərarlaşa bilib.

Bütün bunları qeyd etməkdə məqsədimiz “Bank Respublika”nın fəaliyyətinə, uğurlarına kölgə salmaq deyil. Sadəcə, yaxşı olar ki, bank sektorunda bütün ölkə banklarına eyni şərait, azad rəqabət imkanları yaradılsın. Yoxsa, hansı bankın arxasında daha güclü məmur durursa, o da daha çox qabağa çəkilməsin və ümumiyyətlə, bankların taleyi onların “krışası” olan məmurların taleyinə bağlı olmasın.

Bunun həm ümumilikdə bank sektoruna, həm də sıravi vətəndaşlara, əmanətçilərə və onların maliyyə-bank sektoruna olan münasibətinə nə qədər mənfi təsir göstərdiyi “Bank Standard”, “Atabank” və digər bu qəbildən olan bankların timsalında aydın göründü... (AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar