Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtomobil ehtiyat hissələrinin qiymətində kəskin artım – Gömrük Komitəsinə ittiham

“Hamı ərzaq qiymətlərinin sürətlə artmasından doğru olaraq şikayətçidir. Amma tək ərzağın qiyməti bahalaşmır, avtomobil ehtiyat hissələrinin qiyməti də həftədən-həftəyə kəskin bahalaşır”.

PİA.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə 1 ay əvvəl 15 manat olan maşın ehtiyatlarından biri indi 25 manat olub:
 
“Ehtiyat hissələri satan sahibkardan səbəbini soruşdum. Adam az qaldı ağlasın. Gömrük Komitəsini “ən xoş” sözlərlə yada saldı. Qiymət artımının, əsasən, onlardan qaynaqlandığını söylədi, yenə rəsmi qaimə qiymətlərini qəbul etmədiklərini, özlərindən yüksək qiymət qoyub hesablama apardıqlarından danışdı”.
 
Dünən Gömrük Komitəsinin “gömrük könüllülərinə” sertifikat payladığını vurğulayan ekspert bu addımı absurd adlandırıb:
 
“Gömrük könüllüləri nə deməkdir axı?! Könüllülər xəstəxanalarda olar və əngəlli insanlara qulluq, qocalara yardım edər. Gömrükdə nə könüllü?! Yoxsa eyni kənddən olan Gömrük rəhbərliyi bu adla öz “trol” qrupunu yaradır ki, onlar sosial şəbəkələrdə tənqidçilərinin üzərinə gəlsinlər?!”, deyə Natiq Cəfərli əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar