Yevlaxda ağır yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax avtovağzalı yaxınlığındakı yol dairəsində qeydə alınıb. “VAZ 21015” markalı minik maşını “Mercedes-Vito” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində bir nəfərin öldüyü, iki nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
pia.az