Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afrika koronavirusun üçüncü dalğasının astanasındadır

“Son iki həftə ərzində Afrikada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı əvvəlki dövrlə müqayisədə 20 faiz artıb”.

Bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) Afrikadakı regional ofisinin rəhbəri Matşidiso Moeti açıqlayıb.

“Afrikada üçüncü dalğa təhlükəsi realdır və artmaqdadır. Afrikalıların peyvənd olunması sürətləndirilməlidir. Qitənin 14 ölkəsində infeksiyaya yoluxanların sayında artım müşahidə olunur. Eyni zamanda, səkkiz ölkədə yoluxma 30 faizə qədərdir. Ən pis vəziyyət Cənubi Afrika, Uqanda, Angola, Namibiyadadır”, - Moeti bildirib.

Onun sözlərinə görə, qitə ölkələrinin əksəriyyəti COVID-19-a qarşı peyvənd ehtiyatlarının üçdə ikisini artıq istifadə ediblər:

“Bu günə qədər Afrika ölkələri 48,4 milyon doza koronavirus peyvəndi alıb, bunlardan 31,4 milyon doza istifadə edilib. Afrikada, əhalinin təxminən 2 faizi birinci mərhələ üzrə vaksinasiya olunub, halbuki bütün dünya üçün bu rəqəm indi 24 faizdir”.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar