Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qəzet-jurnal köşkərimizi qaytarın!" - Deputatdan etiraz

"Hər şeyi cahilcəsinə özgələşdirməyi xoşlayırıq... Ailədən başlanır: Anaya-mama, ataya-papa deyənlər daha intellektual, üst təbəqənin adamı olduqlarını düşünürlər. Beləcə, hamımızın gözünün qabağında Bakının bütün mətbuat və ya qəzet köşkləri, dönüb olub press-kiosk...".

Bunu millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı bildirib:

"Vaxti ilə, Bakıda kitab dükanları necə gəldi özəlləşdirilib yox ediləndə Prezident Administrasiyasına narazılıq məktubu yazmış və kitablarımızın oxucuya çardırılması üçün bir çarə kimi, qəzet köşklərinin böyüdülüb modernləşdirilməsi və qəzet-kitab köşkünə çevrilməsini təklif etmişdim. Az sonra bu təklif həyata keçirildi (Bəlkə də öz ağıllarına gəlmişdi). Bakının küçələrində yeni, daha uyğun köşklər qoyuldu... Lakin bunlar qəzet köşkü olmadı, mini market oldu. İndi bu marketlərə yanaşıb soruşuram "Sizdə "Azərbaycan" jurnalı var?". Cavab verirlər "yoxdur". "Bəs "Ulduz" jurnalı?", "literaturnıy Azerbaydjan", "Qanun", "Xəzər" jurnalları? ". "Heç biri yoxdur, biz jurnal almırıq və satmırıq..".

Bəzi köşklərdə, mənim kitab arzum bir yana, heç qəzet də satılmır. Mətbuatdan başqa hər şey var burda. Siqaretdən tutmuş, saqqıza, suya, kolbasaya, oyuncağa qədər..."Ay bala, bəs sənin adın mətbuat köşküdür!". Başını qaldırıb təəccüblə başının üstünə baxır... Allah bilir bəziləri bəlkə heç mənasını da anlamır. Elə bilirlər ki, bu yerlər əlinə nə keçdi presləyib camaata sırımaqdan ötrüdür...

Bəlkə xalq bu kiosklardan tamamilə imtina etsin, "bizə bu antisanitariya şəraitində əlinə nə keçdi camata sırıyan "kiosklar" lazim deyil, bizim "Qəzet-jurnal köşkərimizi qaytarın!" desin?!

Məlumat üçün deyim ki, bəzi ölkələrdə yeni kitab və qəzetlər bütün ərzaq mağazalarında da satılır..."

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar