Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İyunda Şimal-Cənub dəhlizinə müntəzəm yük qatarı buraxılacaq

Rusiyadan Hindistana müntəzəm olaraq yük daşınmasını həyata keçirəcək konteyner qatarları Azərbaycan ərzisindən keçəcək.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Rusiya Dəmir Yolları”nın “RDY Logistika” şirkətinin baş direktoru Dmitri Murev açıqlama verib.

Bildirilib ki, şirkət ilk dəfə Hindistandan Rusiya Federasiyasına Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə müntəzəm olaraq yük-konteyner qatarı göndərməyi planlaşdırır.

“İyun ayında nəqliyyat dəhlizi üzrə müntəzəm hərəkət edəcək yük qatarını buraxmağı planlaşdırırıq. Şimal-Cənub nəqliyyat dəhlizinin İran hissəsini əsasən avtomobil yolu təşkil edir. İranın 250 kilometrlik Rəşt-Astara dəmir yolu xətti hələ başa çatmayıb və bitmə tarixi də dəqiq deyil. Avropa ilə Hindistan arasında və əks istiqamətdə yük trafiki əsasən istehlak mallarından ibarətdir”, – deyə şirkətin rəhbəri qeyd edib.

Sankt-Peterburq (Rusiya) ilə Mumbayı (Hindistan) birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin uzunluğu 7,2 min kilometrdir. Yüklər Rusiya ilə Azərbaycan arasında Samur sərhəd keçid məntəqəsindən və Yalama gömrük postundan keçərək Astara sərhəd keçidindən İran dəmir yolu şəbəkəsinə çıxış əldə edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar