Bazar ertəsi, 26 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

Jurnalist adı ilə silsilə cinayət törədən cütlük – 39 qarət, 21 xəsarət yetirmə, 4 qəsdən adam öldürmə...

1980-ci ildə ailə quran Gennadi və İnna Kalininlər zəngin yaşamaq xəyallarını gerçəkləşdirmək üçün çox düşünməli olublar. Zavod və fabriklərdə işləməyi özlərinə rəva bilməyən cütlük, daha rahat və asan pul qazanmağın yollarını axtarıblar.

Bu axtarışda onlara televiziyada gedən bir veriliş “yardımçı” olub. Həmin veriliş SSRİ-nin yüksək təltiflərindən bəhs edib. Mütəxəssislər orden və medalların hazırlanmasından, onların hazırlanmasında istifadə olunan qızıldan, platindən, gümüşdən ətraflı söhbət açıblar. Bu fakt Kalininlərin diqqətini cəlb edib. Cütlük müharibə veteranlarının orden və medallarını ələ keçirmək haqqında plan cızıb. Ələ keçirmək və kolleksiyaçılara satmaq, yaxud da xammal kimi qeyri-qanuni dövriyyəyə buraxmaq planını...

Onlar əvvəlcə veteranlarla necə görüşmələri haqqında fikirləşiblər. Qərara gəliblər ki, müharibə xatirələrini danışmağı xoşlayan veteranlar böyük həvəslə müsahibə verirlər. Bununla da onlar veteranlarla jurnalist qismində görüşməyi qərarlaşdırıblar.

İlk işlərində istəklərinə çatıblar. Kalininlər öz hədəflərini yaşadıqları İvanovo şəhərindən seçməyiblər. Moskva, Leninqrad, Kaluqa, Bryansk və SSRİ-nin digər şəhərlərinə üz tutan “jurnalistlər” həmin şəhərlərdə müharibə veteranlarına həsr edilmiş şərəf lövhələrində, müharibə muzeylərində veteranlar haqqında məlumat toplayıblar. Daha sonra “09” məlumat bürosu vasitəsilə onların telefon nömrələrini öyrəniblər. Telefon danışığında özlərinin jurnalist kimi təqdim edən Kalininlər onlardan müsahibə almaq istədiklərini bildiriblər və vaxt müəyyənləşdiriblər. Əsas məqamlardan biri o olub ki, cütlük müsahibə vaxtını saat 10-dan günorta saat 14-dək təyin ediblər. Belə ki, onlar həmin saatlarda evdə veteranlardan başqa heç kimin olmayacağını, hətta evdə olan məktəblilərin də dərsdə olacağını nəzərdə tutublar.

Çox mədəni və mehriban görünən cütlük veteranların evlərində 15-20 dəqiqəlik söhbətdən sonra ev sahibindən su xahiş ediblər. Bu məqamda onlar veteranların “jurnalistlər”ə nümayiş etdirmək üçün ortaya qoyduqları orden və medalları götürüb aradan çıxıblar. Müqavimətlə üzləşəndə isə “mədəni” cütlük zor tətbiq edərək hədəflərini susdurublar.

Üç ilə yaxın bir müddətdə Kalininlər SSRİ-nin 19 şəhərində 39 qarət hadisəsi həyata keçirib. 21 dəfə qəsdən bədənə ağır xəsarət yetiriblər, qarət hadisələrinin 4-ü isə ölümlə nəticələnib.

Yaşayış məkanlarını tez-tez dəyişən cütlüyü bir müddət ələ keçirmək mümkün olmayıb. Kalininlər əldə etdiklərini də çox ehtiyatla satıb və onlar özlərinə daimi müştərilər də tapıblar.

Kifayət qədər zənginləşən ailənin pulu artdıqca tamahları da artıb və öz “sahə”lərində daha mükəmməl işləməyə başlayıblar. Veteranlar arasında xüsusi seçim aparılıb. Kimin daha çox ordeni olubsa onlar siyahıda önə çəkilib.

Belə zəngin ordenlilərdən biri də vitse-admiral Georgi Xolostyakov olub ki, onun təltif arsenalında Sovet İttifaqı qəhrəmanlarına verilən Qızıl Ulduz, 3 “Lenin” ordeni, 3 “Qırmızı Bayraq” ordeni, “Suvorov” ordeni, cəmisi 22 nəfərə təqdim olunan, qızıl və platindən hazırlınmış 2 “Uşakov” ordeni və çoxsaylı medallar olub.

Kalininlər bu “var-dövlət”in satışından əldə edəcəkləri məbləği gözlərinin önünə gətirəndə daha da azğınlaşıblar. Nəyin bahasına olursa olsun vitse-admiralı qarət etməyi qərara alıblar.

Cütlük ilk növbədə Moskvada Xolostyakovun mənzilinin yerini müəyyənləşdiriblər. 13 iyul 1983-cü ildə səhər saatlarında onlar admiralın mənzilinə təşrif buyurublar. Bu dəfə onlar özlərini jurnalist kimi deyil, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri kimi təqdim ediblər. Düşünüblər ki, böyük nüfuza sahib olan Xolostyakov jurnalist vəsiqəsini tələb edə bilər. Kalininlər sonuncu kursda oxuduqlarını və təcrübə keçdiklərini bildirərək ondan müsahibə verməyi xahiş ediblər. Xolostyakov imtina etməyib və “qonaq”ları evə dəvət edib.

Hər şey plan üzrə gedib. Admiral bir neçə qovluq sənədi və şəkilləri stolun üstünə yığıb. Daha sonra üstünə saysız hesabsız orden və medallar taxılmış kitelini onlara göstərib. Cütlük “əməliyyat”a başlamaq istəyəndə qapı döyülüb. Gələn qonaq Kalininlərin planını yarımçıq qoyub və onlar daha 10-15 dəqiqə oturduqdan sonra mənzili əliboş tərk ediblər.

İyulun 21-də cütlük yenidən admiralın qapısını döyüb. Səhər tezdən olduğundan Xolostyakovun həyat yoldaşında şübhə yaranıb və o, “tələbə-jurnalistlər”i evə buraxmaq istəməyib. Bu məqamda Gennadi onu içəri itələyərək vanna otağına salıb, köynəyinin altında gizlətdiyi armatur parçası ilə başına bir neçə zərbə endirib. Admiral köməyə yetişmək istəyəndə Gennadi onu da armaturla zərəsizləşdirib. Bir neçə dəqiqə ərzində Kalininlər admiralın ordenli kitelini və bir neçə bahalı qabı götürərək aradan çıxıblar. Təxminən yarım saatdan sonra yuxuda olan admiralın nəvəsi oyananda mənzilin ortasında 2 meyit görüb və dərhal milisə zəng vurub.

Xolostyakovun və həyat yoldaşının vəhşicəsinə qətlə yetirilməsi Moskvada böyük səs-küy yaradıb.

Georgi Xolostyakov SSRİ-nin həm hərbi, həm də siyasi elitasında böyük nüfuza sahib olub. O, Leonid İliç Brejnevlə, Yuri Andropovla, Siyasi Büronun digər üzvləri ilə dostluq edib. Həmin ərəfədə baş katib olan Yuri Andropov baş vermiş cinayət hadisəsini şəxsən öz nəzarətinə götürüb.

Qətl hadisəsinin açılması üçün bir neçə əməliyyat-axtarış və istintaq qrupu yaradılıb. Ən təcrübəli əməliyyatçılar bu işə cəlb edilib. Nəhayət, oktyabr ayında Kalininlər növbəti dəfə “iş” başında olanda yaxalanıblar.

Cütlüyün müvəqqəti yaşadığı mənzildə axtarış aparılarkən 94 min rubl (mövcud dövr üçün bu böyük məbləğ sayılıb), bir çanta dolu orden və medal, 30-dan artıq zinət əşyası aşkar edilib.

Bir il davam edən istintaqdan sonra iş məhkəməyə təqdim edilib. Məhkəmə Gennadi Kalinin haqqında ən ağır hökmü, güllələnmə hökmünü çıxarıb. Həyat yoldaşı isə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məhkəmə zamanı Gennadi Kalinin özünü doğrultmağa cəhd etməyib, əfv diləməyib. O, yalnız həyat yoldaşını bu cinayətə sürükləməkdə təəssüf hissi keçirdiyini bildirib.

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Prezidentin xüsusi tapşırıqlar üzrə səfiri “manıs” çıxdı

“Rusiya Ermənistana deyir ki, başlayın atəş açmağa” - Deputat

Paşinyanın Tavuş bölgəsinə müəmmalı səfəri – Qazaxın kəndləri geri qaytarılır?..

İcra başçısının əməli etiraza səbəb oldu – Video

“Azərbaycana göstərdik ki, dişimiz yoxdur: Bu, Qarabağın sonu olacaq”

Xudayarın müharibədə oxuduğu daha bir mahnısı tapıldı - Video

Bunu edənləri 500 manata qədər cərimə gözləyir

Qalib Prezident və xəyanətkar komanda: yumruğu stola vurmaq zamanadır!

Vicdanın nə olduğunu bilməyən Şeyxdən nə gözləyirik ki

“Şeyxülislamın məqsədinin nə olduğunu anlamaq olmur” - Elşad Miri

Ən çox oxunanalar