Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqumen Aleksi: “Qarabağın azad edilməsilə bizi çoxlu önəmli kəşflər gözləyir”Müsahibə 

Rusiya Elmlər Akademiyası Moskvada iqumen Aleksinin Qafqaz Albaniyası dövlətinin və Alban kilsəsinin tarixi haqqında kitabını nəşr edib. Nəşr Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun nüfuzlu Beynəlxalq Şərqşünaslıq Elmi Mərkəzinin himayəsilə altında nəşr edilib. Bu müəllifin tarixi-dini mövzuda əvvəlki kitabları Bakıda və Mahaçqalada çap olunub. İqumen Aleksinin yeni kitabı “Musa Kalankatlıya görə Qafqaz Albaniyası kilsəsinin tarixi” adlanır.

İqumen Aleksi bakılıdır, kilsə tarixi üzrə doktordur, hazırda Merano şəhərində (İtaliya) pravoslav kilsəsinin rahibidir. Uzun illərdir Qafqaz Albaniyasının və onun kilsəsinin tarixilə bağlı məsələlərlə məşğul olur, guya Qafqazda bu dinin tarixinin məhz ermənilərlə başlaması barədə erməni mifini ifşa edir.

İqumen Aleksi mətbuatda azərbaycanlıların tarixi haqda yazıları ilə tanınır. O yazır: “Azərbaycan etnosu üç minillik ərzində Qafqaz regionunda formalaşıb. Onun əsasını sırf Qafqaz elementi – tarixdən öncəki dövrlərdə burada yaşamış tayfalar təşkil edir ki, onlar Qafqaz Albaniyası dövlətini formalaşdırmış siyasi konfederasiya yaradıblar”.

İqumen Aleksi Turan agentliyinin suallarına cavab verməyə razılaşıb. Aydınlıq üçün oxuculara məlumat verək ki, fikri yığcam çatdırmaq məqsədilə bəzən Albaniya dövlətinin adı çəkilir. Lakin bu müsahibədə hər yerdə indiki mövcud Avropa Albaniyası ilə heç bir əlaqəsi olmayan Qafqaz Albaniyası nəzərdə tutulur.

- Sizin barənizdə az məlumat var. Sosial şəbəkədən öyrəndim ki, Bakıda anadan olmusunuz, Moskva Ruhani Akademiyasında təhsil almısınız, Romada yaşayırsınız. İqumensiniz. Bakıda harada yaşadığınız, indi harada yaşadığınız, xidmətiniz, maraq dairəniz haqda bilmək maraqlıdır. Siz tarixlə həvəskar kimi məşğulsunuz, yoxsa dinin tarixini peşəkar səviyyədə öyrənirsiniz?

- Mən köklü bakılıyam, neftçi və pedaqoq ailəsində böyümüşəm, orta məktəbi bitirdikdən sonra Şimali Qafqazda, Stavropol ruhani seminariyasında, daha sonra Moskva Ruhani Akademiyasında oxumuşam; 1999-cu ildə bərpa edilmiş Bakı Yeparxiyasının katibi təyin edilmişəm və bu vəzifədə Bakı yepiskopuna bu yeni dini qurumun yaradılmasında kömək etmişəm.

Pravoslav kilsəsi Azərbaycanda mənsubların sayına görə ikincidir, bu regionda dərin tarixi köklərə malikdir. Bakıya xidmət etdiyim dövrdə mən ölkənin bütün rayonlarını gəzməyə, digər abidələrlə yanaşı Azərbaycan xalqının xristian əcdadlarından bizə miras qalmış abidələri də görməyə müvəffəq oldum. Artıq o vaxtlar məndə Cənubi Qafqazda xristian tarixi mövzusuna böyük maraq yaranmışdı. O vaxt bu istiqamət üzrə yazıların və elmi əsərlərin çatışmazlığı hiss olunurdu.

- Sizin Qafqaz Albaniyası haqda yazdığınız kitab bir deyil. Müasir mütəxəssislərin əksəriyyətinin bilmədiyi bu ölkənin tarixində sizi maraqlandıran nə idi? Bu mövzuya necə "çıxdınız"? Axı sizdən soruşa bilərlər: Rus Pravoslav kilsəsində çox şey hələ məlum deyil, arxiv materiallarının böyük hissəsi qaldırılmayıb, amma iqumen Aleksi Azərbaycanda xristianlığın keçmiş tarixini öyrənir?

- Moskva Ruhani Akademiyasında kilsə tarixi kafedrasında Azərbaycanda xristianlığın tarixini öyrənməyə başladım və bu mövzu üzrə namizədlik dissertasiyasını uğurla müdafiə etdim. Mənim monoqrafiyam 2005-ci ildə Bakıda nəşr edilib və 2012-ci ildən Mahaçqalada yenidən nəşr olunub. 2005-ci ildən bəri kilsəmizin müqəddəs iyerarxiyasının xeyir-duası ilə elmi işimi davam etdirmək üçün Romaya göndərildim. Papa Şərq Tədqiqatları İnstitutunda magistratura və doktorluq proqramlarını bitirdim.

Bütün bu müddətdə, demək olar ki, Qafqazda xristianlığın tarixi ilə peşəkarcasına məşğul oluram. Hazırda İtaliyada olmağıma baxmayaraq, mən bakılı, Azərbaycan vətənpərvəri olaraq qalıram və bu ölkə ilə bağlı tarixi elmin inkişafına öz töhfəmi verməyə çalışıram.

Azərbaycan etnosu Cənubi Qafqazda bir minillik ərzində formalaşmayıb və bu xalqın dini tarixində həm qədim politeistik inanclarla, həm də xristianlıq və islamla bağlı müxtəlif səhifələr var. Bunlar hamısı birlikdə xalqın mədəni sərvətidir.

Bu gün Qafqaz Albaniyası kilsəsinin varislərinin yalnız min nəfər olduğunu demək ədalətsizlikdir. Alban kilsəsinin varisləri bütün Azərbaycan xalqıdır, qədim Qafqaz Albaniyası xristian ənənələrinin varisləri isə xristianlığa etiqad edən azərbaycanlılar, ruslar, udinlər, gürcülər, ukraynalılar və bu torpaqda dinc yaşayan bir çox başqa millətlərin nümayəndələridir.

- Qafqaz Albaniyasına, udin pravoslav dininə qarşı erməni və rus konfessiyaları tərəfindən  qısqanclığın olması məlumdur. Orta və erkən əsrlərdə albanlar ermənilərlə rəqabət aparırdılar, sonra Sankt-Peterburqda Müqəddəs Sinod Alban kilsəsinin əmlakını ermənilərə verib. Bu olaylar haqda məlum olanların hamısı doğrudurmu?

- Tarix haqda müxtəlif cür fikir söyləmək olar, amma tarix dəqiq elm deyil, o, ancaq versiyalardan, bu və ya digər hadisələrin müxtəlif, daha çox və ya az obyektiv şərhlərindən ibarətdir. İndi bizə Qafqaz Alban kilsəsinin öz müstəqilliyini itirdiyi dövrün, VIII əsrin reallıqlarını başa düşmək çətindir, həmçinin 1836-cı ildə bütün işləri və arxivləri Eçmiədzinə verən Rusiya imperatoru I Nikolayın nəyi əldə rəhbər tutduğunu anlamaq da çətindir. Ola bilsin ki, ümid edirdi ki, Qafqaz Albaniyasının xristian əhalisindən o an üçün nə qalmışdısa onu erməni milli kilsəsinin qanadı altında saxlamaq olar. Lakin gördüyümüz kimi, bizim Qərb qonşularımız müəyyən məqamda Alban kilsəsini daha çox Cənubi Qafqaz əhalisinə dini təsirdə rəqib kimi qəbul etməyə başladılar. Bundan əlavə, onlar üçün Alban kilsəsini öz kiçik qızları kimi təqdim etmək daha sərfəli olardı, obrazlı desək, boşanma zamanı valideynlərinin yanına qayıtmaq üçün cehizini və ərinin evinin bir hissəsini götürə bilsin... Ümid edirəm ki, nə demək istədiyimi başa düşürsünüz..

- Başa düşdüm və qəbul edirəm. Oxucular sizin kitabları necə qarşılayırlar, xüsusilə də mütəxəssislər?  Kitablar üçün mənbələri, məlumatları haradan alırsınız?  Sizi siyasətbazlıqda, bugünkü vəziyyəti bulandırmaq üçün qəsdən keçmişi “qazmaq”da ittiham etmirlər ki?

- Qeyd etməliyəm ki, Qafqaz Albaniyasının xristianlığı haqqında ilk nəşrim böyük maraqla qəbul edilmişdi. Hər iki tiraj çox tez satıldı. Lakin illər sonra bu iş mənə bir qədər sadəlövh görünür. İkinci kitabın, "Musa Kalankatlıya görə Qafqaz Albaniyası kilsəsinin tarixi" kitabının əsasını mənim Romadakı doktorluq dissertasiyam təşkil edir. Mən bu monoqrafiya üzərində işləmək üçün ilk növbədə Papa Şərq Tədqiqatları İnstitutunun kitabxana fondlarından, Avropa, RusiyaAzərbaycan kitabxanalarının profil ədəbiyyat arxivlərindən istifadə etmişəm.

Heç bir alimin tənqiddən tamamilə qaçması mümkün deyil. Bu, təbiidir. Buna reaksiya verməyin mənası yoxdur. Sağlam və konstruktiv tənqidi isə həmişə dinləyirəm və hörmət etdiyim tədqiqatçılarla məsləhətləşməyə çalışıram.

Mən hər zaman öz işimdə sizin dediyiniz kimi, "siyasətbazlıq"dan və ya mövzunun siyasiləşdirilməsindən qaçmağa çalışmışam, bu və ya digər mövzular üzrə müxtəlif tədqiqatçılar qrupunun fikirlərini ortaya qoymuşam. Güman edirəm ki, məhz bu yanaşma Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun mənim kitabıma öz qrifini verməsinə imkan yaratdı.

 - Azərbaycanda tam informasiyanın olmaması nəticəsində Qafqaz Albaniyası çarlığını və onun dövlət dinini ideallaşdırmağa meyllidirlər. Qafqaz Albaniyası haqqında hər şeyi bilirikmi, səhih tarixi informasiyanın neçə faizi (təxminən) açılıb və dərc edilib? Gələcəkdə Qafqaz Albaniyası haqda bugünkü oturuşmuş təsəvvürləri dəyişdirən məlumatlar açıla bilərmi?

- Sivilizasiyanın ən qədim ocaqlarından biri olan Qafqaz qədimdən tədqiqatçıların diqqətini cəlb edib. Lakin elmi tədqiqatın istiqaməti kimi Qafqazşünaslıq XVIII əsrin sonları - XIX əsrin əvvəllərindən formalaşmağa başlayır. O dövrdən bəri tarixi Qafqazşünaslıqda Qafqazın ayrı-ayrı xalqlarının etnogenezi və etnik tarixi, ictimai quruluşu və məişəti, ənənəvi maddi və mənəvi mədəniyyəti problemləri öyrənilib. Tarixşünaslığın bu istiqamətində Qafqaz Albaniyasının öyrənilməsi xüsusi yer tutur. Bununla belə, hələ də bir çox məsələlər kifayət qədər öyrənilməyib. Onların arasında Qafqaz Albaniyasının və onun qədim kilsəsinin regionda mədəni-tarixi rolu məsələsi böyük maraq doğurur.

Son vaxtlar arxeoloqlar tərəfindən nadir tapıntılar aşkar edilib ki, bu tapıntıların sayəsində Azərbaycan tarixinə yeni səhifələr yazılır. Bunlar 1994-1996-cı illərdə Sinayda  Müqəddəs Yekaterina monastrında aşkar edilmiş Qafqaz-Alban əlyazmaları, həmçinin Albaniya çarının və alban katolikosunun nadir gemmaları və bir sıra başqa tapıntılardır.

Güman edirəm ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağ ərazisində ciddi arxeoloji və tədqiqat işlərinin başlanması ilə bizi çoxlu maraqlı və önəmli kəşflər gözləyir. (Turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar