Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gədəbəydə 87 yaşlı qadını tövlədə bağlı saxlayanlar kimlərdir? – Təfərrüat, Video

Sosial şəbəkələrdə ahıl qadının tövlədə bağlanaraq saxlanılmasına dair yayılan video-görüntülərlə bağlı Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıb.

PİA.az APA TV-yə istinadən xəbər verir ki, həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayon İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olması müəyyən edilib.

Polis əməkdaşları onun yerini həmin kənd ərazisində gəzərkən aşkar ediblər. Hazırda həmin görüntülər əsasında qadını bağlayan şəxs və ya şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

Qonşuların sözlərinə görə, ahıl qadın ər-arvad olan dayısı oğlu və xalası qızıyla yaşayıb. 1988-ci ildən İvanovka kəndində yaşayan Səkinə Həsənovaya son iki ildə kənd camaatı baxıb. Son iki ayda isə kənddə gözə dəyməməsini görən kənd sakinləri icra nümayəndəliyinə məlumat veriblər:

Ahıl qadının şiddət görməsi ilə bağlı paylaşılan görüntülər dərhal Sosial Xidmətlər Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırılıb. Agentliyin 26 saylı filialının əməkdaşları Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə dərhal həmin ünvanda vəziyyətlə yerindəcə tanış olublar. Qohumu Qəzənfər adlı şəxsin yanında qaldığı bildirilən və kobud rəftara məruz qalan vətəndaş Səkinə Həsənova hüquq-mühafizə orqanı əməkdaşlarının iştirakı ilə saxlanıldığı yerdən götürülüb. O, Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar