Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinlə Bayden dünyanı belə böləcək – Jirinovskidən iddialı açıqlamalar

Putinlə Baydenin görüşü tet-a-tet formatında keçirilməlidir, çünki orada iki lider dünyanı bölüşdürəcək. Tərcüməçilər istisna olmaqla, hər kəsin otaqdan çıxarılması gərəkəcək. Danışıqlar bitəndən və nüfuz zonalarının bölüşdürülməsindən sonra tərcüməçilər güllələnməlidir ki, heç kəs iki liderin nədən danışdığını bilməsin.

Xəbər verilir ki, bu barədə “Rossiya-1” telekanalında “Vladimir Solovyovla axşam” verilişinin efirində Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.

Onun sözlərinə görə, görüş zamanı liderlər dünyanı təsir zonalarına bölməli olacaqlar:

“Yaxın və Uzaq Şərqdə hər şey aydındır. Amma Moldovanın bir hissəsinin Rusiya, digərinin isə Rumıniyanın təsiri altına keçəcəyi ilə bağlı mübahisə aparmaq lazım gələcək. Həm də Ukraynanın 6 qərb bölgəsini vermək məcburiyyətində qalacağıq. Burada Lvov paytaxt olacaq. Ukraynanın bütün qalan hissəsi isə Rusiyaya keçəcək. Belarus tam olaraq Rusiyanın nəzarətində olacaq. Bu sözsüzdür. Baltikyani ölkələrdə sərhədlər dəqiqləşdiriləcək. Tallinə köhnə adını – “Revel”i qaytaracağıq, Tartu isə onsuz da Rusiya şəhəri kimi tanınırdı. Cənubi Latviya ruslara, Vilnüs diyarı isə Belarusa qaytarılacaq. Onlara isə Kaunas (Litva) qalacaq.

Bu, sadəcə sözlər deyil. İllər əvvəl mən Yaxın Şərqin xəritəsini çəkmişdim. İndi orada hər şey mən dediyim kimidir”, – deyə Jirinovski qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar