Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səmayə Məmmədova nazirlikdəki vəzifəsindən getdi - Rəsmi

Səmayə Məmmədova Gənclər və İdman Nazirliyinin mətbuat katibi vəzifəsindən rəsmən ayrılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə sabiq telejurnalist Səmayə Məmmədovanın özü məlumat verib.

“Əslində mən bu xəbəri rəsmi iş məzuniyyətim bitdikdən sonra bildirməyi planlaşdırırdım. Xəbərin yayıldığını nəzərə alaraq bildirirəm ki, 21 may 2021-ci il tarixdə öz istəyimlə 14 il ərzində mətbuat katibi olaraq fəaliyyət göstərdiyim Gənclər və İdman Nazirliyindən ayrılmışam. Rəsmi iş məzuniyyətim bitdikdən sonra nazirliyə qayıtmayacağam. Bu 14 il ərzində nazirlik mənim üçün böyük məktəb, ikinci ev, nazirliyin kollektivi isə doğma ailəm oldu. Bir ömür boyu ürəyimdə yaşayacaq nazirim Azad Rəhimov mənim mənəvi atam, dostum, qardaşım, böyük məktəbim, həyatım boyu haqqında qürurla danışacağım doğmam oldu”.

Qeyd edək ki, hazırda nazirliyin mətbuat katibi funksiyasını “İdman” qəzetinin baş redaktoru, Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev icra edir.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar