Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanovun əmlaklarını satmasının səbəbi bilindi - Siyahı

Azərbaycan Dəmir Yolları“ QSC sədri Cavid Qurbanovun əmlaklarını satışa çıxarmasının səbəbləri məlum olub.

Tia.az-a verilən xəbərə görə, C.Qurbanov dəyər-dəyməz qiymətinə satışa çıxardığı obyektlərin vəsaiti ilə kəsirləri kompensasiya etməyə hazırlaşır.

Baş dəmiryolçunun ayağında külli miqdarda yeyinti olduğu və maliyyə yoxlamaları zamanı aşkarlandığı üzə çıxıb. Bu mənimsəmələrin bədəlini ödəmək tələbi ilə sərt şəkildə qarşılaşan C.Qurbanov əmlaklarını satmağa məcbur olub.
Xatırladaq ki, C. Qurbanov “Azərreyl” voleybol klubuna aid Biləcəridə yerləşən təlim-məşq bazasını satışa çıxarıb.

Həmin bazanın milyonlarla dəyəri olduğu deyilir. Onun “Topaz” bukmeyker bazarından da əlini çəkdiyi bildirilir.

Yeni yaranan “Azərlotoreya” bukmeyker oyunları türklərə verildikdən sonra “Topaz” bu bazarda mövqelərini itirib.

C.Qurbanovun biznesinin özəyini təşkil edən qruplardan biri “Azercon” ASC-dir. Qrupa “Süsən Aqro” MMC, “Lor Hospital” MMC, “Retro Park” Mənzil Tikinti Kooperativi və “American Hospital Tbilisi” daxildir.

Nizamnamə kapitalı 1,4 milyon manat olan LOR Hospital Bakıda 2013-cü ildən fəaliyyətdədir. Klinika burun, qulaq, boğaz xəstəliklərinin müalicəsi, eləcə də plastik əməliyyatların aparılması sahəsində ixtisaslaşıb.

“Süsən Aqro” MMC 2011-ci ildə “Baltech İnvestments” MMC, “S+S Qrup” MMC və Türkiyə vətəndaşı Abdurəhman Şəhtürk Kiyasi tərəfindən yaradılıb. Bu şirkət Ağsu rayonunda 2016 hektar sahədə əkinçilik və toxumçuluqla məşğuldur.
C.Qurbanovun biznes səltənətində 2014-cü ilin sentyabrında “Baltech Group JLT” və Hamit Karani 10%/90% nisbətində pay bölgüsü ilə “Baltech Makina Pazarlama Sanayi ve Ticaret A.Ş.” şirkətini yaradılması dayanır. 2016-ci ildə 28.400.000 lirə sərmayə qoyulmaqla sirkətin kapitalı 28.500.000 lirəyə qaldırılıb və H.Karanı şirkəti tərk edib. Həmin ilin dekabr ayında baş tutan növbəti yığıncaqda BƏƏ-dəki yeganə payçının adından Vüsal Aslanov iştirak edib. O zaman V.Aslanov artıq ADY-nin İH sədrinin müavini idi. Şirkətin 2017-ci ilin oktyabr ayında İstanbulda keçirilmiş son yığıncağında isə “Baltech Group DMCC” şirkətini ADY-nin digər rəsmisi – Fuad Səfərov təmsil edib. 

pia.az 


Etiket: Cavid Qurbanov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar