Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərə əsir düşən şəxs: “İşgəncələrdən ölən də, dözməyib intihar edən də oldu”

“Mən 1 il 9 ay erməni əsirliyində olmuşam. 1993-cü ildə Qubadlı rayonunun ermənilər tərəfindən işğalı zaman yaralı halda ermənilərə əsir düşmüşəm”.

“Report” xəbər verir ki, bunu Yasamal Rayon Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasından sonra zərərçəkmiş Həbib Kazımov jurnalistlərə açıqlamasında deyib.

O, əsirlikdə saxlanıldığı müddət ərzində ermənilər tərəfindən məruz qaldığı işgəncələrdən danışıb. Bildirib ki, əsirlik dövründə ermənilər tərəfindən dəmirlə, armaturla, dəmir dəyənəklərlə, çəkiclə döyülüb:

“Onlar bizə zülm veriblər. Bu gün burada mühakimə olunan hər iki terrorçu həmin işgəncələrdə yaxından iştirak edib. Bunların hər ikisinin orada təxəllüsü olub. Biri “Yoxa”, digəri isə “Ayoşa” ləqəbi ilə tanınırdı. Mkrtiçyan Lüdvik “Yoxa” ləqəbi daşıyırdı. O, burada deyir ki, Azərbaycan dilini bilmir. Lakin orada bizimlə Azərbaycan dilində danışırdı. Bizi öz dilimizdə belə təhqir edirdi”.

Zərərçəkən H.Kazımov bildirib ki, onun əsirlikdə saxlanıldığı kamerada 40 yaxın azərbaycanlı olub:

“Onlardan işgəncə vaxtı ölən də, işgəncələrə dözməyib intihar edənlər də oldu. Bir ona sevinirəm ki, hazırda bu terrorçular dövlətimiz tərəfindən tutularaq məhkəmə önünə çıxarılıblar və etdiklərinin cəzasını çəkəcəklər”.

pia.az 


Etiket: Əsir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar