Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“OPEK+”un görüşündən sonra neft bahalaşır

“OPEK+”un razılaşma şərtlərinin saxlanması ilə bağlı qərarından sonra neftin qiyməti artmaqda davam edir.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:54-də Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,17% bahalaşaraq, 1 barreli 70,37 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,12% artaraq, 1 barreli 67,8 dollar təşkil edib. Xatırladaq ki, dünən neft qiymətlərində 1,5-2% bahalaşma qeydə alınıb.

Treyderlər “OPEK+”un iclasının nəticələrini qiymətləndirməkdə davam edirlər. Görüşün nəticəsi olaraq, alyans razılaşmanın əvvəlki parametrlərini saxlanması, yəni iyul ayında hasilatın bir qədər artırılması haqqında qərar qəbul edib.

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, OPEK+ neftə tələbin artım proqnozunu ilin əvvəlindəki gündəlik 5-5,5 milyon barreldən 6 milyonadək artırıb.

Ekspertlər hesab edirlər ki, Asiya və Avropada peyvəndləmə davam etsə və COVID-19 virusunun yeni ştammlarının yayılması riskləri yüksək olmasa, alyans neft hasilatının xeyli artırılmasına təkid edə bilər.

Sabah ABŞ-da ötən həftə üçün neftin kommersiya ehtiyatları ilə bağlı gündəlik statistika açıqlanacaq. Analitiklər ehtiyatların əvvəlki 1,7 milyon barrel azalmanın ardınca bu dəfə də 2,1 milyon barrelədək azalma gözləyirlər.

pia.az 


Etiket: OPEK+


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar