“Novxanı, Goradil, Sabunçu rayonunda Nardaran, həmçinin Zağulba çimərliyi baktereoloji baxımdan aparılmış müayinələrin nəticəsinə görə əhalinin istifadəsi üçün yararlı hesab oluna bilər”.
Bu barədə ETSN-nin Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov nazirliyin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı” verilişində bildirib.
Onun sözlərinə görə, hazırda digər çimərliklərdə, o cümlədən bölgələrdə tədqiqatlar davam etdirilir.
“İyunun 15-nə qədər bütün nəticələr məlum olacaq”.
pia.az