Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da İsrailə verilən hərbi dəstək zəifləyirmi?

Dünyada yüzlərlə hərbi bazaya, sonsuz müharibələrə və İsrailə tökülən trilyonlarla dolların Amerika xalqının təcili ehtiyaclarına xərclənməli olduğunu düşünənlərin sayı artmaqdadır...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 1 iyun 2021-ci il

Co Bayden dövründə ABŞ-ın 2022-ci il üçün müdafiə büdcəsinin 753 milyard dollar olacağı proqnozlaşdırılır. ABŞ həm dünyanın ən böyük müdafiə büdcəsinə sahibdir, həm də dünyanın ən böyük silah satıcısıdır. Baydenin Demokratlar Partiyasının Proqressivlər qanadı isə müdafiə büdcəsinin azaldılmasının tərəfdarıdır. Proqressivlər qanadı, həmçinin silah şirkətlərinin Amerika siyasətini istiqamətləndirməsin­ə də etiraz edirlər. Tramp administrasiyası da daxil olmaqla, ABŞ-ın əvvəlki administrasiyalarınd­a iri silah şirkətlərində yüksək səviyyəli rəhbər kimi işləyən bir çox insan Müdafiə Nazirliyinə və başqa yerlərdə bir çox kritik vəzifələrə təyin edildi. Böyük silah şirkətləri seçki kampaniyalarına, onlara yaxın olan namizədlərə və digər tərəfdən də lobbi fəaliyyətinə milyardlarla dollar xərclədilər.

Bayden administrasiyası da Amerika Hərbi Sənaye Kompleksinin mənafelərini irəli aparan bu mexanizmdən kənarda deyil. Trampın müdafiə nazirlərindən biri olan Mark Esper əvvəllər “Rayhtheon” silah şirkətlərindən birinin lobbiçisi idi. Bu şirkətin idarə heyətində Baydenin Müdafiə Naziri, istefada olan general Loyd Ostin də var idi.

Demokratların Proqressiv qanadı Amerika silahlarının xarici ölkələrə satılmasında insan hüquqları meyarlarına maksimum əhəmiyyət verilməsini tələb edir. Lakin vəziyyət İsrailə gəldikdə dəyişir. ABŞ Konqresindəki hər iki partiya İsraili istənilən halda dəstəkləmək üçün müttəfiq olurlar. Konqresdə az adam bu ittifaqdan kənarda qalır. Əlbəttə ki, bu simalar da dərhal “İsrail lobbisi”nin hədəfinə çevrilirlər. Son illərdə, xüsusilə Demokratlar Partiyasının yeni nəsilləri “iki partiyalı İsrail ittifaqını” şübhə altına alırlar. Demokratların Proqressiv qanadı bu tendensiyanı təmsil edir.

ABŞ hərbi yardım çərçivəsində hər il İsrailə 3.8 milyard dollar ötürür. Son 50 ildə ABŞ-ın İsrail ərazisinə təxminən 1/4 trilyon dollar tökdüyü təxmin edilir. İsrail həmçinin ABŞ-ın qabaqcıl və imtiyazlı silah müştərisidir. İsrailin Qəzzaya hücumlarında istifadə etdiyi silahların çoxu Amerikaya məxsusdur. İsrailin son hücumunda 67-si uşaq və 39-u qadın olmaqla 254 fələstinli öldürülüb.

ABŞ Prezidenti Bayden İsrail üçün 735 milyon dollarlıq həssas idarəolunan raketlərin satışını təsdiqləyib. Mayın əvvəlində Baydenin satış qərarı ABŞ Konqresinə göndərildi. Proqressiv kanadalı millət vəkilləri və senator Berni Sanders İsrailin Qəzza hücumlarına görə satışa mane olmağa çalışıb. Bayden administrasiyası Proqressiv qanadın xarici siyasət tələbləri ilə İsrailə verdiyi qeyd-şərtsiz dəstəyin arasında qalıb. Müdafiə xərcləri və İsrailə qeyd-şərtsiz dəstək vermək məsələsi Demokratlar Partiyasındakı ən məşhur münaqişələr arasındadır. Analitiklər xüsusilə Demokratlar Partiyasındakı İsrail probleminin misilsiz bir dərəcədə önəm qazanmasına işarə edirlər.

Dünyada yüzlərlə hərbi bazaya, sonsuz müharibələrə və İsrailə tökülən trilyonlarla dolların Amerika xalqının təcili ehtiyaclarına xərclənməli olduğunu düşünənlərin sayı artmaqdadır. Şübhəsiz ki, bu artım ABŞ-ın xarici siyasətində də öz əksini tapacaq. Demokratlar Partiyasının Proqressiv qanadından olan millət vəkilləri ilkin seçkilərdə on illərdir ABŞ Konqresində olan siyasətçiləri məğlub edərək seçilməyi bacardılar. Məsələn, son seçkilərdə Proqressiv qanaddan olan bir qaradərili amerikalı Camal Bouman 32 ildir Konqres üzvü olan məşhur İsrail tərəfdarı Eliot Engelə ilkin seçkilərdə qalib gəlmişdi. Uzun illər Xarici İşlər Komitəsinin sədri kimi işləyən Engel İsrail üçün etdiyi xidmətlərdən danışaraq Konqreslə vidalaşmışdı.

İndiki şərtlərdə İsrailə silah satışının qarşısını almaq cəhdləri mümkün görünməsə də, bu cəhdlər güclənən bir tendensiyaya işarə edir. 21-23 may tarixləri arasında aparılan bir anketdə Demokratlara səs verən seçicilərin 53%-i silah satışı ilə bağlı şərtlərin artırılmasını dəstəkləyir. Respublikaçı seçicilərin 53%-i satışın bloklanmasına qarşı çıxır. Sorğuda iştirak edənlərin yalnız 51%-i İsrailə maneəsiz silah satışını dəstəkləyir. Bu rəqəmlər amerikalı seçicilər arasında “İsrail üçün iki tərəfli qeyd-şərtsiz dəstəyin” zəiflədiyini göstərir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar