Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhlükəsizliyini başqa dövlətlərin verdiyi zəmanətdə görən Ermənistanın gələcəyi...

Yaxın qonşuları ilə normal münasibət qura bilməsə, Ermənistan dövlət kimi öz mövcudiyyətini qorumaq imkanlarına sahibdirmi?.. 

Politoloq: “Ermənistan öz qonşuları ilə normal münasibət qurmamaqda maraqlıdır”.

Ermənistan öz işğalçı niyyətini həyata keçirmək, təcavüz planlarını reallaşdırmaq üçün hər zaman Rusiyanın dəstəyinə arxalanıb”.

Bu sözləri politoloq İlyas Hüseynov Ermənistanın gələcəkdəki mövcudluğunu PİA.az-a şərh edərkən qeyd edib.

Uzun illərdir ki, Ermənistan Rusiyanı özünün və işğal planlarının müdafiəçisi kimi görür. Lakin son zamanlar bu nəzəriyyə iflasa uğramış kimi görünür. Daim başqa bir dövlətin müdafiəsi altında olan Ermənistanı baş tutmuş dövlət kimi görmək olar və təhlükəsizliyini daim başqa dövlətlərin verdiyi zəmanətdə görən Ermənistanın gələcəyi necə görünür? Daha doğrusu yaxın qonşuları ilə normal münasibət qura bilməsə, Ermənistan dövlət kimi öz mövcudiyyətini qorumaq imkanlarına sahibdirmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Rusiyada fəaliyyət göstərən erməni lobbisi, mediayaya və elmi çevrələrə sızmış Ermənistanın vətəndaşları, həmçinin Rusiya pasportu daşıyan erməni əsilli şəxslər işğalçılıq niyyətlərini həyata keçirmək üçün müxtəlif yollarla Rusiyanın dəstəyini qazanırlar”.

Rusiyanın regionda gedən prosesləri yaxından izlədiyini və Ermənistanın atdığı addımlarda hiylənin olduğunu yaxşı bildiyini düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, artıq Rusiya Cənubi Qafqazın bütün dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalara əsaslanan siyasət həyata keçirməyə yönəlib:

Ermənistan öz işğalçı niyyətini həyata keçirmək, təcavüz planlarını reallaşdırmaq üçün hər zaman Rusiyanın dəstəyinə arxalanıb. Rusiyada fəaliyyət göstərən erməni lobbisi, mediayaya və elmi çevrələrə sızmış Ermənistanın vətəndaşları, həmçinin Rusiya pasportu daşıyan erməni əsilli şəxslər işğalçılıq niyyətlərini həyata keçirmək üçün Rusiyanın dəstəyini qazanırlar. Onlar daha çox Rusiyanın hərbi imkanlarından istifadə etmək, Rusiya maraqlarının carçısı, Rusiyanın strateji potensialının həyata keçməsi istiqamətində özlərini sadiq qul kimi göstərməyə çalışırlar.

Amma Rusiya öz siyasətinə yenidən baxır və daha çox Ermənistanın geosiyasi marağına xidmət etməmək, Ermənistanın işğalçılıq planlarında əlaltı olmamaq üçün müəyyən addımlar atır. Məlumdur ki, Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır. Eyni zamanda Rusiya Ermənistanın İran və Türkiyə ilə sərhədlərini qoruyur. Bu da Ermənistanı daha da ruhlandırır. Ermənistan bundan işğalçılıq planlarının həyata keçməsi üçün vasitə kimi istifadə edir.

İlyas Hüseynov: “Rusiya öz siyasətinə yenidən baxır və daha çox Ermənistanın geosiyasi marağına xidmət etməmək, Ermənistanın işğalçılıq planlarında əlaltı olmamaq üçün müəyyən addımlar atır”.

Ermənistan isə öz qonşuları ilə normal münasibət qurmamaqda maraqlıdır. Bildiyimiz kimi Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. 44 günlük Vətən müharibəsindən sonra Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə komunikasiyası xətlərinin açılması gözlənilir. Lakin Ermənistan mövcudluğunu qorumaq, dünya xəritəsində yer almaq üçün hər zaman Rusiyanın dəstəyinə arxalanıb. Ermənistan həm müharibə dövründə, həm də indi Ermənistan-Azərbaycan sərhəddində yaradılan gərginliyə Rusiyanın da qoşulması üçün addımlar atır. Hətta Ermənistan KTMT-nin imkanlarından da yararlanmaq istəyirdi.

Bütün bunların hamısı əbəsdir. Çünki Rusiya regionda gedən prosesləri yaxından izləyir və Ermənistanın atdığı addımlarda hiylənin olduğunu yaxşı bilir. Buna görə də artıq Rusiya Cənubi Qafqazın bütün dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalara əsaslanan siyasət həyata keçirməyəyönlənib. Ötən illər ərzində isə RusiyaAzərbaycan arasında yüksələn xətt üzrə münasiblər formalaşmışdı. Ermənistanın Rusiya ilə əlaqələrinin təsirinin azaldılması istiqamətində rəsmi Bakı çox əhəmiyyətli addımlar atıb. Bu nəqliyyat əlaqələrini, siyasi, iqtisadi, humanitar münasibətləri əhatə edir.

Bir daha qeyd edim ki, rəsmi Kreml Ermənistanla bağlı siyasətini nəzərdən keçirir və ona yönəlik addımlar atır. Rusiya indi öz maraqları çərçivəsində Ermənistana baxır. Buna görə də Ermənistan qonşu ölkələrlə normal münasibət qurmasa, onun dövlət kimi mövcud olması sual altına olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Ermənistan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar