Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun istifadəyə veriləcəyi tarix açıqlanıb - Video, Yenilənib

Xəbərə video əlavə edilib.

***

Azərbaycanın erməni işğalından azad edilən bölgələrində çox vacib layihələrin həyata keçirilməsi bizə həvalə olunub”.

APA-nın Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Kalyon Holding”in Azərbaycandakı layihə rəhbəri Nihat Yıldırım bildirib.

Onun sözlərinə görə, bu yol layihələrindən biri Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, digəri isə Horadiz-Mincivan-Ağbənd dəmir yoludur: “Hər iki layihəni firmamızın keyfiyyətinə uyğun olaraq zamanında təhvil verərək, azərbaycanlı qardaşlarımızın istifadəsinə verəcəyik. Bu layihəni ən keyfiyyəti və ən uyğun zamanda həyata keçirmək üçün planlar hazırlamışıq. Layihə haqqında bəzi özəl məlumatları vermək istəyirəm. Avtomobil yolu 124 km, dəmir yolu 114 km-dir. Hər iki yol Araz çayı boyunca Ermənistan sərhədinə qədər uzanacaq. Bu yolların mənəvi olaraq çox böyük önəmi var. Bildiyiniz kimi, bu yol Ermənistan tərəfindən inşa olunacaq əlavə yolla və Naxçıvanın içərisindən keçən 170 km-lik yollarla İğdırdan Bakıya birbaşa bağlanacaq ən vacib ticarət və turizm yolu olacaq. Biz komandamızla buradayıq, işi vaxtında çatdırmaq üçün hər cür hazırlığı görürük”.

N.Yıldırım deyib ki, avtomobil yolu ilə bağlı müqavilədən sonra inşaat işlərini görməyə başlayıblar: “Avtomobil yolunu 2023-cü ilin iyun ayında bitirməyi planlaşdırırıq. Qarşımıza çıxa biləcək ən əsas problem ərazidəki minaların təmizlənməsidir. Bildiyiniz kimi, minaların təmizlənməyi bizim üçün çox vacibdir. Bu yolu inşa edərkən heç bir işçimizin zərər görməsini istəmirik. Bu səbəbdən mina təmizlənməsi bitdikdən sonra bütün əməkdaşlarımızla yolun ən tez zamanda bitməsi üçün çalışacağıq. 2023-cü ilin iyununda yolumuzun açılışı olacaq”.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar