Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zərifin Bakı və Yerevan səfəri: vaxtında atılmış strateji addım

Beynəlxalq məsələlər üzrə ekspert Ehsan Rasteqar bildirir ki, İran xarici işlər nazirinin Bakıya səfəri zamanı İranla Azərbaycanın ortaq cəhətləri, müxtəlif məsələlərə yanaşması müzakirə edilsə də, Tehranın maraqları nəzərə almadan Zəngəzur dəhlizinin açılması prosesi sürətləndirilir. Bu isə İran üçün həssas və narahlıq yaradan məsələdir. Ekspert hesab edir ki, Cavad Zərifin BakıYerevana səfərləri zamanı bu məsələ də müzakirə edilib.

Azərbaycanla Ermənistan arasında 44 günlük müharibənin başa çatmasından altı ay sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu iki Qafqaz respublikasına səfər edib. Zərifin belə bir vaxtda etdiyi səfəri vaxtında atılmış strateji addım kimi xarakterizə etmək olar.

Bu səfəri İranın XİN başçısının bölgəyə digər səfərlərdən fərqləndirən məqam Cənubi Qafqaz bölgəsində şəraitin dəyişməsidir. 44 günlük müharibənin Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə imzalanmış 10 noyabr bəyannaməsi ilə bitməsindən sonra Azərbaycan və onun qatı müttəfiqi olan Türkiyə savaşın qalibləri, Rusiya isə sülh prosesində vasitəçi kimi, regionda dəyişmiş vəziyyəti öz maraqlarına uyğun yönləndirməyə başlayıblar. Bu ölkələrin əsas məqsədi Cənubi Qafqaz bölgəsinin gələcəyinə təsir edə bilmək üçün öz diplomatik, siyasi, iqtisadi və hərbi güclərini artırmaqdır. Üçtərəfli sülh bəyannaməsinin doqquzuncu maddəsini isə bu üç ölkənin daha bir ortaq maraq nöqtəsi saymaq mümkündür. Həmin bəndə əsasən, regionda bütün rabitə, nəqliyyat kommunikasiyaları, iqtisadi əlaqələr bərpa olunmalı, Ermənistan tərəfi insanların, nəqliyyat vasitələrinin, malların hər iki istiqamətdə maneəsiz hərəkətinin təmini üçün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir. Bu dəhlizdə hərəkətin təhlükəsizliyinə Rusiya qüvvələri nəzarət etməlidir. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək yeni nəqliyyat yollarının inşasına da zəmanət verilir.

Ötən ilin noyabrında atəşkəs bəyannaməsinin imzalanmasından bir müddət sonra – bu il yanvarın 11-də Moskvada Azərbaycan, RusiyaErmənistan liderləri arasında görüş də keçirilib. Görüşün əsas mövzusu yenə də kommunikasiyaların, nəqliyyat əlaqələrinin bərpası olub. Görüş iştirakçılarının yeni bəyanatında bildirilir ki, tərəflər 10 noyabr sənədinin 9-cu bəndinin yerinə yetirilməsi üçün Azərbaycan, ErmənistanRusiyanın baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrup yaradır. İşçi qrupun ilk iclasında isə açılmalı olan marşrutların siyahısı elan olunub. Onlardan ən başlıcası Ermənistanın Sünik vilayətindən keçməklə Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək yoldur.

Lakin həqiqət budur ki, bölgədə nəqliyyat əlaqələrinin bərpası məsələsi atəşkəs bəyananaməsindən sonra bölgədə yeni gərginlik mövzusuna çevrilib. Səbəb region ölkələrinin maraqlarının toqquşmasıdır. Azərbaycan prezidenti İlham Əliyevin “Zəngəzur dəhlizi” adlandırdığı bu yolun açıması bir tərəfdən Azərbaycan, Türkiyə və Rusiyanın maraqlarına xidmət edirsə, İran, Ermənistan və Gürcüstan bu işdən heç də məmnun deyillər. O, bu 3 ölkənin ziyanınadır.

Bu marşrutla əlaqədar iki vacib məqam var. Əvvəla, noyabr bəyannaməsində “Zəngəzur dəhlizi” adlı marşrutdan söhbət getmir. Orada yalnız iki ölkə arasında yolların açılmasından danışılır.

İkincisi, Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda bildirib ki, Yerevan bu dəhlizin açılmasında əməkdaşlıqdan qaçarsa, Azərbaycan buna istənilən halda nail olacaq. Əliyevin bu hədəsinin də səbəbi Zəngəzur dəhlizinin Azərbaycan, Türkiyə və Rusiyanın maraqlarına tam cavab verməsidir.

Bəli, Ermənistandan keçəcək Azərbaycan-Türkiyə marşrutu Azərbaycanın uzunmüddətli iqtisadi maraqları baxımından çox mühümdür. O, Azərbaycanı Avrasiyanın mərkəzində, “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin kəsişməsində əsas nəqliyyat qovşağına çevirəcək, Bakının bu marşrutlara nəzarət etməsinə imkan yaradacaq. Bundan başqa, Zəngəzur dəhlizi Türkiyənin əsas iqtisadi tərəfdaşlarından olan Azərbaycanla birbaşa quru əlaqəsinə yol açacaq. Bu isə öz növbəsində, iki ölkə arasında iqtisadi və turizm əlaqələrini gücləndirəcək. Digər tərəfdən, sözügedən dəhliz Türkiyə üçün Orta Asiyaya qapı rolunu oynayacaq, bununla da Ankaranın türk dünyası ilə iqtisadi və ideoloji əlaqələrini möhkəmləndirəcək.

Rusiyaya gəlincə, Zəngəzur dəhlizi onun üçün Cənubi Qafqaz və ətraf ölkələrə yük daşımalarında əsas marşruta çevrilə bilər. Rusiya qatarları Azərbaycan ərazisindən və Zəngəzur dəhlizindən keçməklə Ermənistan, Türkiyə, İran və Cənubi Asiyaya asanlıqla gedə biləcək. Bu, Moskva ilə Ankara arasında ticarət əlaqələrinə müsbət təsir göstərməklə yanaşı, birincinin Türkiyə ərazisi ilə Yaxın Şərq bazarlarına çıxışını təmin edəcək, alternativ marşruta çevriləcək.

Digər tərəfdən, Zəngəzur dəhlizi Moskvanın Ermənistana daha çox hakim olmasına da şərait yaradacaq. Bu gün Rusiya Gürcüstanla arasındakı siyasi problemlər üzündən Ermənistana bu ölkə ərazisi ilə çıxa bilmir. Zəngəzur dəhlizi Moskvanın Ermənistanla iqtisadi münasibətlərdə nəqliyyat problemini aradan qaldırmasına imkan verəcək.

Bütün sadalananlar göstərir ki, Zəngəzur dəhlizinin bölgə üçün yaradacağı imkanlar son nəticədə regional nəqliyyat şəbəkələrinin genişlənməsinə, sözügedən üç ölkənin maraqlarına uyğun iqtisadi əlaqələrin stimullaşdırılmasına aparıb çıxaracaq. Regionun digər üç ölkəsi – İran, Ermənistan və Gürcüstan isə uzun müddətdir “Şimal-Cənub” beynəlxalq nəqliyyat marşrutu çərçivəsində dəmir yolu əlaqəsi qurmağı planlaşdırırlar. İndi İranda anlayırlar ki, Zəngəzur dəhlizinin açılması onun Ermənistanla quru əlaqəsini kəsəcək. Məhz bu üzdən Tehran yeni dəhlizin yaradılması bəhanəsi ilə onun sərhədində hər hansı dəyişikliyə gedilməsinə yol verməyəcəyini bildirir.

İran xarici işlər nazirinin Bakıya səfəri zamanı İranla Azərbaycanın ortaq cəhətləri, müxtəlif məsələlərə yanaşması müzakirə edilsə də, Tehranın maraqları nəzərə almadan Zəngəzur dəhlizinin açılması prosesi də sürətləndirilir. Bu isə İran üçün həssas və narahlıq yaradan məsələdir. Cavad Zərifin BakıYerevana səfərləri zamanı yəqin ki, bu məsələ də müzakirə edilib.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Irdiplomacy

Müəllif: Ehsan Rasteqar (Beynəlxalq münasibətlər üzrə ekspert)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar